“Əgər ÜST hansısa vaksinin istifadəsinə icazə verirsə, bu o deməkdir ki, həmin vaksin effektivdir”.
Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin (TƏBİB) xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib.
O bildirib ki, heç bir vaksinin effektivliyi 100% olmur: “Hər zaman orada effektivlik faizi olur. Bu gün Azərbaycanda istifadə olunan vaksinlərin effektivliyi ÜST-ün qoyduğu tələblərə uyğundur”.