Ölkədə son sutkada 1769 nəfər COVID-19-a yoluxub-16 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1769 yeni yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 361 501 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 669 nəfər müalicə olunaraq sağalıb, 5 125 nəfər vəfat edib, aktiv xəstə sayı 18707 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13 945, ötən müddət ərzində isə ümumilikdə 4 178 108 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Ağır Atletika Federasiyasının baş məşqçisi və baş katibi vəzifəsindən azad edilib

Sonrakı məqalə

İmişlidə zəlzələ olub