Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Azərbaycana məhsullar hansı ölkələrdən və nə qədər gətirilir? –

User 18 Sentyabr 2022 - 09:26 (Last updated: 21 May 2025 - 20:15)
gomruk02

2022-ci ilin yanvar-iyul aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 30 milyard 653,2 milyon ABŞ dolları olub.

Azpost.info bildirir ki, bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.

İxracın dəyəri 23 milyard 159,4 milyon dollar, idxalın dəyəri 7 milyard 493,8 milyon dollar təşkil edib. Nəticədə 15 milyard 665,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.

Məlumatda deyilir ki, 2021-ci ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 71,7 faiz, real ifadədə isə 7,2 faiz artıb. İxrac real ifadədə 12,3 faiz artıb, idxal isə 2,3 faiz azalıb.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən xarici ticarət dövriyyəsinin 90,6 faizi İtaliya, Türkiyə, Rusiya, Hindistan, Çin, İsrail, Birləşmiş Krallıq, Yunanıstan, Almaniya, Çexiya, Xorvatiya, Gürcüstan, İspaniya, Ukrayna, Portuqaliya, İsveçrə, Qazaxıstan, Tunis, ABŞ, Vyetnam, İran, Tailand və Rumıniya ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Ölkəyə idxal olunmuş məhsulların ümumi dəyərində payı olan ölkələr:

Rusiya – 18,7 faizi 

Türkiyə –16,2 faizi

Çin – 14,9 faiz

Almaniya -4,4 faiz,

Qazaxıstan– 4,2 faiz,

İran-3,5 faiz,

ABŞ-3,2 faiz,

İtaliya -2,3 faiz,

Ukrayna və Yaponiya -hər biri 2,0 faiz

Türkmənistan və Koreya -hər biri 1,9 faiz,

Britaniya və Fransa – hər biri 1,8 faiz

Hindistan -1,6 faiz,

Belarus– 1,1 faiz,

Özbəkistan və Braziliya – hər biri 1 faiz

Gürcüstan və İndoneziya – hər biri 0,9 faiz

Polşa və Vyetnam -hər biri 0,8 faiz

 

13,1 faizi isə digər ölkələrin payına düşüb.

İdxalda maşınların, mexanizmlərin, elektrotexniki avadanlıq və aparatların, kimya sənayesi məhsullarının, nəqliyyat vasitələrinin, azqiymətli metallar və onlardan hazırlanan məmulatların, mineral məhsulların, hazır ərzaq məhsulları, içkilər və tütün məmulatlarının, bitki mənşəli məhsulların, plastik kütlə və ondan hazırlanan məmulatların, toxuculuq materialları və məmulatlarının dəyəri üstünlük təşkil edib.

İdxal olunan malların 63,5 faizini avtomobil, 18,5 faizini dəmir yolu, 10,6 faizini hava, 6,8 faizini dəniz nəqliyyatı ilə gətirilib. 0,6 faizini isə boru kəməri və elektrik ötürücü xətləri ilə nəql edilmiş məhsulların dəyəri təşkil edib.

Post navigation

Previous: “Putin Ukraynada hərbi əməliyyatın məqsədini dəyişə bilər”-
Next: Qırğızıstan-Tacikistan sərhədində toqquşmalarda 37 nəfər ölüb

Oxşar xəbərlər

Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
aqrar03
  • Baş Yazı

Azərbaycanda aqrar sahə ilə bağlı yeni qanun hazırlanır – Fermerləri nə gözləyir?

User 23 Oktyabr 2026 - 15:05

xƏBƏR

bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Azərbaycanda dəmir yollarının 63 faizi elektrikləşdirilib. Bu göstərici Avropa İttifaqında dəmir yolu şəbəkəsinin orta elektrikləşdirilmə səviyyəsi kimi...
Read more about Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları Pensiyaçı
  • Baş Yazı

Pensiyaçılar və müavinət alanlar nə gözləsin? – Yeni sosial paketin detalları

User 24 Oktyabr 2026 - 14:00
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37
Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır? market
  • Baş Yazı

Azərbaycanda ərzaq bahalaşır – Ən çox qiyməti artan məhsullar hansılardır?

User 24 Oktyabr 2026 - 13:18
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.