Sentyabrın 7-də Azərbaycanda koronavirusa yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 3936 test aparılıb. Ötən müddət ərzində aparılan testlərin sayı 967 min 40-a çatıb.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Hazırda müalicəsi davam etdirilən aktiv koronavirus xəstələrinin sayı 2030 nəfərdir. Xəstələrdən 139 nəfəri reanimasiyadadır ki, onlardan da 12-si süni tənəffüs cihazına qoşulub.
Xatırladaq ki, sentyabrın 7-də Azərbaycanda koronavirus infeksiyasına 89 yoluxma faktı qeydə alınıb, 132 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış üç nəfər vəfat edib.