“Son 7-8 ildir ki, Azərbaycanda, o cümlədən də regionda iqlim dəyişmələrinin nəticəsində su ehtiyatları azalmağa doğru gedir. Bu, quraqlığın nəticəsidir”.
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su ehtiyatlarının idarə edilməsi şöbəsinin müdiri Mütəllim Əbdülhəsənov “Ekspert saatı”nda deyib.
Onun sözlərinə görə, quraqlıq nəticəsində buxarlanmalar artır və suda olan itkilər çoxalmağa başlayır: “Bütün bunları nəzərə alaraq son 5-6 ildə ölkəmizdə su ehtiyatlarının daha qənaətlə istifadəsinə yönələn tədbirlər həyata keçirilib. Sudan qənaətlə istifadə məktəblərdə, tədris müəssisələrində kifayət qədər tədris olunub. Maarifləndirici tədbirlər davam etdirilməlidir”.