Moldova prezidenti Maya Sandu ölkə müxalifətini Rusiya ilə sıx əlaqələrdə ittiham edib.
Azpost.info xəbər verir ki, prezident bunu ölkə parlamentdə çıxışı zamanı deyib.
Sandu bildirib ki, müxalifətdəki “Şor” Partiyasının məqsədi ölkədə sabitliyin pozulmasını təşkil etmək və demokratik yolla seçilmiş hökuməti zorakı yolla devirməkdir.
Onun sözlərinə görə, bu partiya Moskvanın göstərişi ilə Moldovanı vətəndaş müharibəsi vəziyyətinə gətirmək istəyir: “Biz cinayətkar dəstələrlə mübarizə aparmaqda çətinlik çəkdik və indi onların bəziləri ölkəni Kremlə satmağa çalışır. Oğruların və Kremlin məqsədi eynidir – Moldovanı zəiflətmək. Bunu istəyirlər ki, sonradan ondan istədikləri kimi istifadə edə biləsinlər”.
Azpost.info