Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Ölkəyə dərman gətirmək şirkətlərə sərf eləmir” –

User 23 Noyabr 2022 - 10:58 (Last updated: 21 May 2025 - 20:15)
derman

“Ölkəyə dərman gətirmək şirkətlərə sərfəli deyil”.

Azpost.info bildirir ki, bu sözləri sosial məsələlər üzrə ekspert İlqar Hüseynli “Kaspi” qəzetinə açıqlamasında  dərman perepartalarının taplmaması  ilə bağlı cəmiyyətdə narazılığı şərh edərkən deyib.

İ.Hüseynli problemin bir əsas səbəbinin də sahibkarların bioloji aktiv maddələr idxalına daha çox maraq göstərməsi olduğunu deyib: “Dərman vasitələrinin qiymətinin Tarif Şurası tərəfindən müəyyənləşməsi sahibkarları daha çox dərman preparatları deyil, bioloji aktiv əlavələri gətirməyə yönləndirdi. Çünki bioloji aktiv maddələrin Səhiyyə Nazirliyində qeydiyyatı tələb olunmur. Qida Təhlükəsizliyi Agentliyindən uyğunluq sertifikatını alıb istədikləri qiymətə sata bilirlər. Bioloji aktiv maddələrin satışından çox yaxşı gəlir əldə edirlər. Dərman vasitələri idxal etmək isə sərf etmir”.

Ekspertin sözlərinə görə, bəzi dərmanların satış, saxlanması ilə bağlı müəyyən tələblərin qoyulması da həmin dərmanların tapılmasında problem yaradan məsələ olub: “Narkotik tərkibli, yaxud psixotrop dərman vasitələrinin satışının uçot sistemi tətbiq olundu. O dərman preparatlarının satışını həyata keçirmək üçün apteklərə xüsusi göstərişlər tələb kimi qoyuldu. Ayrıca otaq şəklində saxlanması, Daxili İşlər Nazirliyindən xüsusi icazənin, qeydiyyatın alınması və s. məsələlər oldu. Bu prosedurlar artdıqca, həm də apteklərin çoxlarının həmin o standartlar çərçivəsində qurulması, obyekt içərisində onu yaratmaq xeyli çətin olduğuna, imkanlar məhdud olduğuna görə, xeyli aptek bundan imtina etdi. Həmin dərmanların satışını həyata keçirəcək apteklərin sayı 10-20 dəfə azaldı”.

İlqar Hüseynli deyib ki, Azərbaycan dərmanla təminat məsələsində 99 faiz idxaldan asılı olduğu üçün bu cür problemin bir gün yaşanacağı gözlənilən idi: “Azərbaycan çox vacib, ən sadə və həyati əhəmiyyət daşıyan dərman preparatlarının belə istehsalını qura bilməyib. Dövlətin birbaşa investisiyası olmalıdır. Zamanla dünyada baş verən qlobal tendensiyalar Azərbaycanda bu problemin dərinləşməsinə gətirib çıxardı. Rusiya-Ukrayna münaqişəsinin böyük təsiri oldu”.

Azərbaycan dünyanın bir çox ölkəsindən dərman idxal edir. İ.Hüseynli Rusiya, Ukrayna, Belorusdan olan idxalı tam əvəzləyə bilməməyimizin iki səbəbi olduğunu dedi: “Birincisi, Azərbaycana 5 500-dən çox dərman idxal olunur. Onun Rusiya, Ukrayna və Belorusun payına düşən hissəsi böyükdür. Onların hamısının əvəzlənməsi bir az çətindir. Rusiya bazarında istehsal oluna dərman çeşidləri Türkiyə ilə eyni deyil. Məsələn, ola bilsin ki “Vitamin C” amplua şəklində yalnız Ukrayna və Rusiyada istehsal olunur, Türkiyə və İtaliyada yox. Dünyanın bütün zavodları hər şeyi istehsal etmir. Analoqları olanları gətirirlər.

Səhiyyə Nazirliyi bu problemdən yaxa qurtarmağa cəhd eləməsin. İdxalın əvəzlənməsində problem yaradan ikinci problem nazirliyə bağlıdır. Ölkədə dərman preparatlarının dövlət qeydiyyatına alınması işini nazirliyin nəzdindəki mərkəz həyata keçirir. Dərman preparatlarının idxalının həyata keçirilməsində süründürməçilik var. Qeydiyyat prosedurları sadələşdirilməlidir. Məsələn, ampisilin idxal ediləcək. Biri 0,5, biri də 1 qramlıqdır. Hər biri nazirlik tərəfindən ayrı-ayrılıqda qeydiyyatdan keçməlidir. Amma tərkibi eynidir, çəki fərqi var. Üstəlik, qeydiyyat üçün çox sayda sənəd tələb olunur. O sənəd çatmır, bunu gətir, onu gətir. Sonra növbə gözləyirsən ki, nə vaxt qeydiyyata alacaqlar. Bu proses 6-7 ay vaxt aparır. Qeydiyyatdan sonra bir preparatın idxalı üçün icazə müddəti 5 illikdir. 5 il idxal edirsən, sonra yenidən qeydiyyat proseduruna keçirsən. Zaman da sürətlidir. 10 dərmanın bu gün, 10-nun sabah 5 ili tamam olur. Beləliklə, 6-7 ay sənədləşmə getdiyi üçün həmin dərmanla bağlı problem yaranır. Çünki o dərmanı başqa şirkət gətirmir”-deyə ekspert vurğulayıb.

 

Post navigation

Previous: Türkiyədə zəlzələdə 46 nəfər xəsarət alıb-
Next: Şeyxülislam BMT-nin Sivilizasiyalar Alyansının Forumunda iştirak edib

Oxşar xəbərlər

avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
pehriz
  • Sosial

Arıqlamaq istəyənlər üçün: Aclıq çəkmədən çəki azaltmağın yolları

User 01 Noyabr 2026 - 17:30
Tibbi Yardım
  • Sosial

Qaxda 7 nəfər qidadan zəhərlənib, 5-i Bakıya təxliyə edilib

User 31 Oktyabr 2026 - 21:55

xƏBƏR

payız
  • Maraqlı

Ağacların yarpaqları payızda niyə qızarır?

User 01 Noyabr 2026 - 19:00
Payız gələndə ağacların görünüşü dəyişir. Yay boyu yaşıl olan yarpaqlar sarı, narıncı, qırmızı və hətta bənövşəyi çalarlara...
Read more about Ağacların yarpaqları payızda niyə qızarır?
Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir vuqar zif
  • Media

Mətbuat Şurasının sədri – Jurnalistə qarşı baş vermiş zorakılıq qəbuledilməzdir

User 01 Noyabr 2026 - 18:37
Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb fsb
  • Dünya

Moskvada terror planlaşdıran yeniyetmə imiş – FSB tərəfindən saxlanılıb

User 01 Noyabr 2026 - 18:34
Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır? pensiyaci01
  • İqtisadiyyat

Azərbaycanda orta pensiya 594 manatdır – Bəs bu pul nəyə çatır?

User 01 Noyabr 2026 - 18:30
Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin avto07
  • Sosial

Qış gəlməmiş avtomobildə yoxlanmalı 7 detal – sürücülər bu səhvləri etməsin

User 01 Noyabr 2026 - 18:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.