Ölkədə bir qutu siqaretin istehsalı 74 qəpiyə başa gəlir –Bəs qiymətlər niyə iki dəfə BAHADIR? (RƏQƏMLƏR)

 Bakıda istehsal edilən siqaret və papirosların orta qiyməti məlum olub.

Azpost.info fed.az-a istinadən bildirir ki, 2019-cu ildə paytaxtda ümumi dəyəri 20 milyon 639 min manat olan 3 milyard 348 milyon ədəd papiros və siqaret istehsl edilib. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, əvvəlki illə müqayisədə Bakıda istehsal edilən siqaretlərin sayı 1,98 dəfə, dəyəri isə 2,2 dəfə artıb.

Bu rəqəmləri nəzərə aldıqda, şəhərdə istehsal olunan hər 20 ədəd və ya bir qutu siqaretin istehsal qiyməti cəmi 12,4 qəpik təşklp edib.

Qeyd edək ki, Bakı Statistika İdarəsinin məlumatına görə, paytaxtda 3 siqaret istehsalı müəssisəsi fəaliyyət göstərir və bu rəqəmlər 3 müəssisənin göstəricilərini əks etdirir. Amma onlardan yalnız birinin adı məlumdur – Azərbaycanın ən böyük tütün istehsalçılarından olan «European Tobacco Baku». Qalan iki müəssisənin adı və istehsal həcmi statistika sirri olaraq açıqlanmasa da, onların istehsal gücünün «European Tobacco Baku»dan qat-qat az olduğu şübhəsizdir.

Qeyd edək ki, ölkə qanunvericiliyinə, daha dəqiqi Vergi Məcəlləsinin 190.3.8-ci maddəsinə əsasən, tütündən hazırlanan siqaretlər və onun əvəzediciləri aksiz vergisinə cəlb edilir. Aksiz vergisi üzrə ödəmə 1000 ədəd siqaret üçün 31 manat və ya 20 ədəd – 1 qutu üçün 62 qəpik təşkil edir.

Başqa sözlə, «European Tobacco Baku» da daxil olmaqla, Bakıdakı müəssisələrdə bir qutu siqaretin istehsalı və aksiz vergisi xərcləri ümumilikdə 74,4 qəpik təşkil edir.

Siqaretlərin satış qiyməti isə bundan təqribən ikiqat yüksəkdir. Digər iki müəssisənin məhsulları açıqlanmadığına görə, siqaretin açıqlanan qiymətini yalnız  «European Tobacco Baku»nun məhsulları ilə müqayisə etmək olar.

Belə ki, «European Tobacco Baku»nun istehsal etdiyi siqaretlərdən «Astra» – 1,20 manat, «Azəri» – 1,50 manat, «Baku» – 1,50 manat, «Baku» (eksport) – 2,30 manat, «Freedom» – 1,20 manat, «Magna» – 1,50-1,70 manat, «Vegas» – 1,50-1,70 manat qiymətə satılır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İranda deputatlığa namizədlərin təbliğatı başlanır –

Sonrakı məqalə

Çindən Türkiyəyə təxliyə edilən vətəndaşlarımız xəstəxanadan buraxılıb