Ölkədə koronavirusun hazırkı dalğasının nə zaman zəifləyəcəyi açıqlandı

Hazırda Azərbaycanda koronavirusun müşahidə edilən növbəti dalğası yoluxanlarla sağalanlar arasında nisbət sağalanlar lehinə döndüyü zaman zəifləməyə başlayacaq.

Bu barədə Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov deyib.

R.Mahmudov bildirib ki, hazırda ölkəmiz üçün epidemioloji baxımdan çətin vaxtdır:

“Bu xəstəliyin xüsusiyyəti ondan ibarətdir ki, vaxtaşırı dalğalar başlayır. Hazırda zərərverici bir dalğanın tam ortasındayıq. Ancaq hər bir dalğanın başlanğıcı olduğu kimi sonu da var. Təcrübə göstərir ki, ortalama 6 həftəlik müddət içərisində yüksəlmələr, sonra enişlər olur.

Digər ölkələrin də təcrübəsi göstərir ki, yoluxanlarla sağalanlar arasında nisbət sağalanlar lehinə döndüyü zaman artıq dalğanın sönmə mərhələsinə getdiyi düşünülür və bu bir tibbi reallıqdır”.

R.Mahmudov bildirib ki, ölkədə sərt karantin rejimi olmasa da hər bir vətəndaş belə şiddətli dalğalar qarşısında özünü, ailəsini, ətrafını qorumaq üçün pandemiya qaydalarına riayət etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avqust ayında 1137 nəfərə elektron qaydada əmək pensiyası təyin olunub

Sonrakı məqalə

Əfqanıstanın yeni hökumətinə kimin başçılıq edəcəyi məlum oldu