Ölkədə niyə “Premium” və “Super” markalı benzin istehsal edilmir? –ŞƏRH

Azərbaycanda bu gündən “Aİ-95” premium və “Aİ-98” super markalı benzinin qiyməti bahalaşıb. “Aİ-95” markalı benzin 1,60 AZN, “Aİ-98” markalı benzin isə 1,90 AZN-dən satılacaq.

Azərbaycanda niyə indiyə qədər “Premium” və “Super” markalı benzin istehsal edilməyib? Gömrük dəyəri ucuzlaşırsa, benzinin qiymətləri niyə artır?

Azərbaycanda Aİ-95 benzinin istehsalı 2014-cü ildən dayandırılıb. Bu qərarın səbəblərini izah edərkən SOCAR rəsmiləri qeyd edib ki, benzinə olan tələbat ilbəil artır və neft emalı zavodları bunu ödəyə bilmir. Açıqlamalara görə, səbəblərdən biri isə bu olub ki, ölkədəki müəssisələr həmin keyfiyyətdə yanacaq istehsal etmək gücündə deyil.

Heydər Əliyev adına Neft Emalı Zavodunda (NEZ) modernizasiya və yenidənqurma layihəsinə 2015-ci ildə başlanılıb. NEZ-də yenidənqurma işlərinin üç mərhələdə həyata keçirilməsinin nəzərdə tutulduğu bildirilib. Son mərhələdə 2021-ci ildə “Euro-5” keyfiyyət standartına cavab verən Aİ-92/95/98 benzin məhsullarının istehsalı üçün müvafiq yeni qurğuların inşası və yenidən qurulması nəzərdə tutulmuşdu. Lakin bu, hələ ki, baş verməyib.

Ekspertlərin  fikrincə də, Aİ-95 və Aİ-98 markalı benzin Azərbaycanda istehsal olunmalıdır. Çünki əks halda dünya bazarında olan qiymətlər Azərbaycana mənfi təsir göstərə bilər.  Yanacaq məhsulları kütləvi istehsal malları hesab olunur və bu mallar digər məhsulların maya dəyərinə oturur. Ona görə də, yanacağın qiymətində baş verən dəyişmə bütün növ məhsulların qiymətinə təsir edir.

Rəsmi zahata görə, ölkəmizdə premium və super markalı benzinin qiymətinin artmasına beynəlxalq bazarda məhsulun dəyərinə təsir edən amillər səbəb olub.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Bakıda “Buzovna-1” yarımstansiyasının açılışına gəlib

Sonrakı məqalə

Şuşada Bakının azad edilməsinin ildönümü ilə bağlı hərbi yürüş olub