“Ölkəmizdə seysmologiya sahəsində ixtisaslaşdırılmış kadrlara ehtiyac var”- AMEA-nın prezidenti

Türkiyədə baş verən zəlzələ ölkəmizdə seysmologiya sahəsində ixtisaslaşdırılmış kadrlara ehtiyac olduğunu sübut etdi.

Bunu AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Akademiyanın 2022-ci ilə dair elmi və elmi-təşkilati fəaliyyətinə həsr olunmuş Ümumi yığıncağında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, aparılan təhlillər zamanı ölkənin ali təhsil sistemində, elmi qurumlarında magistr, fəlsəfə doktorluğu, elmlər doktorluğu üzrə seysmologiya sahəsində boşluqlar olduğu müəyyənləşib.

Akademik bildirib ki, seysmologiya üzrə yüksək elmi dərəcəli kadrların hazırlanması istiqamətində danışıqlar aparılaraq razılığa gəlinib. O qeyd edib ki, növbəti həftə yerli seysmoloqlar Türkiyəyə səfər edərək tədqiqatlar aparacaqlar.

Əvvəlki məqalə

Kafedə musiqi sifarişi üstündə öldürülən və yaralanan hərbçilərdir

Sonrakı məqalə

Nazir alimlərin maaşının artması üçün nə lazım olduğunu açıqladı