“Ölkəmizdə tətbiq olunan hər bir vaksin təhlükəsizdir” –Səhiyyə nazirini əvəz edən Teymur Musayev

“Ölkəmizdə tətbiq olunan hər bir vaksin təhlükəsizdir”.

Bunu Azərbaycan Respublikası Səhiyyə nazirinin birinci müavini, səhiyyə naziri əvəzi Teymur Musayev deyib. O bildirib ki, iki dozanı almış vətəndaşlar arasında yoluxma sayları çox aşağıdır: “Yoluxanlar da xəstəliyin ağır mərhələsini keçirmirlər. May ayının 10-dan etibarən Azərbaycanın bütün ərazisində 18 yaşına çatmış bütün vətəndaşlar vaksinasiyaya qatıla bilər.18 yaşdan yuxarı olan hər bir Azərbaycan vətəndaşlarını vaksinasiyaya qoşulmağa çağırıram”.

Teymur Musayev bildirib ki, bu kampaniyaya qoşularaq qısa müddətdə normal həyata qayıdışı təmin etmək olar: “Vaksinasiya olunmaq heç də həmin infeksiyadan digər qorunma vasitələrindən imtina etmək mənasını daşımır. Hazırda maska, gigiyena, sosial məsafə qaydalarına əməl etmək məcburidir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycanda epidemioloji vəziyyət nəzarət altındadır” –

Sonrakı məqalə

Bayram günlərində əlavə məhdudiyyət olmayacaq –