Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

Ölkəyə gətirilən toxumlara dövlət nəzarəti yoxdur –

User 23 Aprel 2022 - 15:00 (Last updated: 21 May 2025 - 20:15)
toxum01

Ölkəyə xaricdən idxal olunan toxumlara dövlət nəzarətində anlaşılmaz vəziyyət mövcuddur.

Azpost.info bildirir ki, Kənd Təsərrüfatı Nazirliyi yanında yaradılmış Aqrar Xidmətlər Agentliyi ölkəyə idxal olunan toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatındakı göstəricilərin müvafiq olmasına nəzarəti həyata keçirmir.

Halbuki Aqrar Xidmətlər Agentliyi dövlət üçün çox mühüm və strateji sahə sayılan seleksiya nailiyyətləri (bitki sortları) və toxumçuluq sahələrində dövlət nəzarətini həyata keçirən qurumdur.

Hesablama Palatasının 2021-ci il üçün Hesabatında Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar-Kredit və İnkişaf Agentliyinin həyata keçirdiyi “kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” layihəsinin auditi ilə bağlı maraqlı məqamlar yer alıb.

Hesabatda bildirilir ki, layihə çərçivəsində həyata keçirilən tədbirlər toxum sektorunun inkişafına əhəmiyyətli dərəcədə təsir etməyib.

Bəs burada problem nədədir?

Hesabatdan belə məlum olur ki, Aqrar Xidmətlər Agentliyi ölkəyə idxal olunan toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatındakı göstəricilərin müvafiq olmasına nəzarəti həyata keçirmir.

2015-ci ildə qəbul edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanun buna imkan vermir.

Agentlik Qanunun 2.1 maddəsində aparılmasına icazə verilən yoxlama növləri arasında toxumçuluq sahəsinin göstərilməməsini rəhbər tutan ölkəyə idxal olunan toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən uyğunluq sertifikatlarındakı göstəricilərinin müvafiq olmasına nəzarəti həyata keçirmir.

Prezident İlham Əliyevin “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2019-cu il 14 yanvar tarixli 467 nömrəli Fərmanı ilə aqrar sahədə göstərilən dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılması üçün  Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Agentliyin “Əsasnamə”ndə qanunla müəyyən edilmiş tələblərə uyğun gəlməyən və keyfiyyət sənədləri olmayan toxumları və əkin materiallarını çıxdaş etmək və onların toxumluq məqsədilə satışının qarşısını almaq vəzifə olaraq müəyyənləşdirilib.

Məşhur filmdə deyildiyi kimi “bəs toxumlar?” Ona necə nəzarət olunur?

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bu ilin fevralında AZƏRTAC-a rəsmi açıqlamasında bildirilib ki, ötən il Dövlət Toxum Fondu tərəfindən ölkəmizə 340 ton elit buğda toxumu idxal olunub. Fermer və təsərrüfat sahibləri tərəfindən alınan buğda toxumları ölkənin müxtəlif regionlarında əkilib.

Belə çıxır, gömrükdən keçən 340 ton toxumun keyfiyyətli olub -olmadığı naməlum qalıb?

Deməli, Aqrar Xidmətlər Agentliyi bu toxumlara sertifikat verməyib?

Hazırda dünyanın müxtəlif ölkələrində kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurmaq potensialına malik bitki mənşəli viruslar yayılır. Virusun yayılmasının əsas mənbəyi yoluxmuş toxumlardır.

Qida Təhlükəsizliyi Agentliyinin yaydığı açıqlamalarda isə belə məlum olur ki, gömrük rəsmiləşdirilməsindən keçərək idxal olunmuş toxumlara AQTA nəzarət edir.

AQTA-nın sədr müavini Balarəhim Quliyev KİV-ə açıqlamasında deyib ki, ölkədə bitki viruslarının yayılımasının əsas səbəbi idxal olunan toxumlardır.  Sədr müavini deyib ki, AQTA ölkəyə rəsmi yollarla, gömrük nəzarətindən keçən toxumları yoxlayır, labarator müayinə aparılır və ondan sonra həmin toxumların istifadəsinə icazə verilir.

Kənd Təsərrüfatı Nazirinin müavini İlhamə Qədimovanın mediaya açıqlamasında isə deyib ki, Aqrar Xidmətlər Agentliyi yalnız ölkənin toxumçuluq təsərrüfatları tərəfindən istehsal edilən toxumların sertifikatlaşdırılmasını həyata keçirir və səpin keyfiyyətlərinin etibarlığını təsdiqləyir.

Lakin tədarük edilmiş, idxal olunmuş, mənşəyi bilinməyən və sertifikatlaşdırılmadan satılmış toxumlar barədə məlumatları Aqrar Xidmətlər Agentliyi əldə edə bilmir.

Nazir müavini həmçinin bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında  Qanuna bununla bağlı dəyişiklik edilməsi üçün təkliflər hazırlanaraq baxılması üçün aidiyyəti dövlət orqanlarına təqdim olunsa da layihənin razılaşdırılması mümkün olmayıb.

Aydın olmur: Əgər Aqrar Xidmətlər Agentliyi idxal olunan toxumların keyfiyyətinə nəzarət etmək hüququ yoxdursa, o zaman AQTA gömrükdən keçmiş toxumları necə yoxlayır? Dövlət reyestrini necə aparır?

Digər tərəfdən AQTA-nın Əsasnaməsində göstərilir ki, bu qurum gömrük orqanları ilə birlikdə dövlət sərhədinin buraxılış məntəqələrindən keçirilmiş yüklər (mallar, məhsullar) üzərində baytarlıq, fitosanitar və qida təhlükəsizliyi nəzarəti ilə bağlı tədbirləri həyata keçirmək hüququ var.

Burada toxum idxalının nəzərdə tutulub-tutulmadığı aydın olmur.

Bu məsələ sanki “paralel qurum” effekti yaradır: Məlum deyil ki, bu “ikihakimiyyətlikdir”, yoxsa adı çəkilən Qanunun törətdiyi boşluğun fəsadları?

Keyfiyyətsiz toxumların ölkəyə daxil olması son nəticədə istehlakçı hüquqlarının pozulmasına, aşağı məhsuldarlığa, nəticə isə iqtisadi səmərəyə təsir edir.

Əfqan ABBASOV

Azpost.info

 

 

 

Post navigation

Previous: Mariupolda mühasirədə olanları əsirlərlə dəyişmək təklif edilir –
Next: “Rusiyaya təzyiqləri davam etdirəcəyik” –

Oxşar xəbərlər

dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
haker hebs01
  • Baş Yazı

Azərbaycana Ukraynadan gətirildilər – Vətəndaşları aldadan 4 kiberdələduzun kimliyi açıqlandı

User 03 Noyabr 2026 - 12:33
neft iran bazar02
  • Baş Yazı

ABŞ–İran davası nefti 105 dollara yaxınlaşdırdı – Azərbaycan nə qazanacaq, əhali nə itirə bilər?

User 03 Noyabr 2026 - 10:30

xƏBƏR

buzlaqlar
  • Maraqlı

Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz

User 03 Noyabr 2026 - 17:40
Antarktidada yerləşən Tueyts buzlağının (“Qiyamət günü buzlağı”) altına okeanın isti suları bir neçə kilometr məsafədə nüfuz edir...
Read more about Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz
Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21
Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.