Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Ombudsman Aparatı Gəncədə küçəyə atılan azyaşlılarla bağlı məlumatı araşdırıb

User 25 Oktyabr 2023 - 18:45 (Last updated: 21 May 2025 - 20:15)
ombud

Gəncə şəhərində 4 aylıq və 3 yaşlı uşaqların sosial təhlükəli vəziyyətdə olması ilə bağlı kütləvi informasiya vasitələrində yayılan məlumat Azərbaycan Respublikasının insan hüquqlari üzrə müvəkkilinin (ombudsmanın) Uşaq hüquqlarının müdafiəsi mandatı çərçivəsində araşdırılaraq nəzarətə götürülüb.

Bu barədə Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Ombudsmanın Qərb Regional Mərkəzinin əməkdaşları Gəncə Şəhər Birləşmiş Uşaq Xəstəxanasına gətirilmiş həmin uşaqları tibb müəssisəsində ziyarət edərək, səhhətləri, tibbi sənədləri və ümumi vəziyyətləri ilə yerində maraqlanıblar. Ziyarət zamanı uşaqların vəziyyətinin sabit və normal olduğu müşahidə edilib.

Xəstəxanadan verilən məlumata əsasən, uşaqlar himayəsində olduqları nənələri tərəfindən Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında tərk edilib və onlar həmin gün polis tərəfindən xəstəxanaya gətirilib. Xəstəxanada uşaqlardan müxtəlif analizlər götürülərək zəruri tibbi xidmətlər göstərilib, sağlamlıq vəziyyətləri nəzarətdə saxlanılıb.

Məsələ ilə bağlı Gəncə Şəhər İcra Hakimiyyətinin Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası və Gəncə Şəhər Baş Polis İdarəsindən uşaqların hüquqlarının təmini, onların himayə məsələsinin həll edilməsi məqsədilə görülən və planlaşdırılan tədbirlər barədə məlumat alınıb. Hazırda qeyd olunan faktla bağlı İdarə tərəfindən araşdırma davam etdirilir.

“Uşaqların hüquqlarının təmini vəziyyəti tərəfimizdən diqqətdə saxlanılacaq”, – deyə məlumatda vurğulanıb.

Post navigation

Previous: Zabratda 53 yaşlı kişi qətlə yetirilib
Next: Azərbaycan-ABŞ ikitərəfli münasibətləri müzakirə edilib

Oxşar xəbərlər

5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09

xƏBƏR

melani esas
  • Dünya

Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq

User 23 Oktyabr 2026 - 17:33
ABŞ-ın birinci xanımı Melaniya Tramp Rusiyaya və Ukraynaya müraciəti nəticəsində Ukraynanın Oleşki şəhərində lokal atəşkəs barədə razılaşma...
Read more about Melaniya Tramp Rusiya və Ukrayna arasında atəşkəsi açıqladı – razılaşma oktyabrın 29-da başlayacaq
LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı 5fb00d32-131d-45ae-a848-ff4a2a4e5205
  • Sosial

LDU tələbələrindən uşaq evlərinə sitrus sovqatı

User 23 Oktyabr 2026 - 17:08
Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama asif
  • Sosial

Ölkədə qiymətləndirmə standartlarını kim hazırlamalıdır? – Mütəxəssisdən açıqlama

User 23 Oktyabr 2026 - 16:45
Gülmək sağlamlığa necə təsir edir? gulus
  • Maraqlı

Gülmək sağlamlığa necə təsir edir?

User 23 Oktyabr 2026 - 16:36
Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu narko
  • Sosial

Narkotacirlər ələ keçdi- 82 kilo narkotik və 6 min həb tutuldu

User 23 Oktyabr 2026 - 16:09
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.