Ombudsman Aparatının nümayəndələri Tofiq Yaqublu ilə görüşüb

Ombudsman Aparatının nümayəndələri hazırda “City Hospital”da müalicə edilən Müsavat partiyasının üzvü Tofiq Yaqublu ilə görüşüblər.

Bu barədə onun qızı Nigar Həzi məlumat verib.

O bildirib ki, T. Yaqublu reanimasiyadan palataya köçürülüb: “Gecə sistem qoşularaq yatızdırılıb. Həkimi Adil Qeybulla indi yenə sistem qoşulacağını bildirdi. Bu gün Ombudsman Aparatından iki nümayəndə gəlib Tofiq Yaqubluyla görüşüb”.

N. Həzi onu qeyd edib ki, vəkillər hələ T. Yaqubluyla görüşə bilməyib.

Qeyd edək ki, Penitensiar Xidmət T. Yaqublunun vəziyyəti ilə məlumat yayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gələcəkdə Türkiyə ilə viza rejimi tam qalxa bilər

Sonrakı məqalə

Prezident İlham Əliyev Əmircanda məktəbin açılışında iştirak edib –