Ombudsman Tofiq Yaqublunun səhhəti ilə bağlı məsələni nəzarətə götürüb

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyevanın tapşırığı əsasında 14.09.2020-ci il tarixdə Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) həkim üzvü tərəfindən qida qəbulundan imtina etməsi ilə bağlı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasından “City Hospital”a köçürülmüş Tofiq Yaqubluya baş çəkilib, onun səhhəti ilə maraqlanılıb, tibbi sənədləri araşdırılıb.

Ombudsman Aparatından verilən məlumata görə, görüş zamanı T.Yaqublunun sağlamlıq vəziyyəti, həmçinin onun həkimi professor Adil Qeybulla ilə də  müzakirə olunub.

T.Yaqublunun hazırda da qida qəbul etmədiyi, səhhətinin stabil və həkim nəzarətində olduğu müşahidə edilib.

Məsələ Ombudsman tərəfindən diqqətdə saxlanılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada 76 nəfər COVID-19-a yoluxub-

Sonrakı məqalə

Tоfiq Yaqublunun işində hal şahidi olmuş Nəbi Acalov: