On minlərlə fələstinli məhv edilsə də, Qəzzanın şimalındakı evlərinə qayıtmaq üçün yollara çıxıb.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, onlar sahil boyu uzanan və Qəzzanın şimal-cənub əlaqəsini təmin edən Rəşid küçəsində toplaşıb.
Rəşid küçəsində gözləməyə davam edən fələstinlilərin bir qisminin özləri ilə daşıya biləcəkləri qədər əşya götürdüyü, digərlərinin isə əşya ilə dolu maşınları ilə Qəzza zolağını ikiyə bölən Netzarim dəhlizinə gedən yollarda gözlədikləri bildirilir.
HƏMAS ilə İsrail arasında 19 yanvarda elan edilən atəşkəsdən sonra Cibaliyyə Qaçqınlar Düşərgəsindəki böyük dağıntıya baxmayaraq, fələstinlilər yıxılan evlərinin olduğu ərazilərə qayıdaraq yeni bir həyat qurmağa çalışırlar.
Fələstinlilər atəşkəsdən dərhal sonra Qəzza Zolağının şimalındakı məhəllələrə dönərək çadırlar qurdular və atəşkəsin ilk gecəsini düşərgənin mərkəzində keçirdilər.
Geri dönənlərin açıqlamalarına əsasən, fələstinlilərin sürətlə yurdlarından edildikləri yerlərə qayıtması, Fələstinin simvolu sayılan “geri dönüş haqqı” və qaçqın məsələsinə bağlılıq simvoludur.
Qeyd edək ki, İsrail ordusu 5 oktyabr 2024-cü ildə Qəzza Zolağının şimalında başlatdığı genişmiqyaslı hücumlarla üç ay ərzində düşərgədəki bütün evləri dağıdaraq infrastrukturun tamamilə məhv olmasına səbəb olub.
Əlavə olaraq oxu
Qəzzada atəşkəsin qüvvəyə minməsi ilə bölgədəki dağıntılar üzə çıxır. İsrailin hücumları nəticəsində Qəzzanın şimalının 80 faizi dağıdılıb. Dağıntıların təmizlənməsiı səyləri zamanı 120 fələstinlinin cəsədi çıxarılıb.
Dağıntılara baxmayaraq, ev-eşiyindən edilən fələstinlilər öz evlərinə qayıdırlar. HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayye tikinti işlərinə başlandığını açıqlayıb. Əl-Hayye “Biz dağıdan yox, quran bir xalqıq. İsrailin dağıtdıqlarını dostlarımızın dəstəyi ilə yenidən quracağıq” deyib. Fələstinlilər xarabalıqlardan yeni həyat qurmaqda qərarlıdırlar. Hətta Nüseyrətin xaraba küçələrindən birində bazar da açılıb. Digər tərəfdən, atəşkəsdən sonra yardım maşınları Qəzzaya daxil olmağa davam edir. Birləşmiş Millətlər Təşkilatı yanvarın 21-də Qəzzaya 897 yardım maşınının daxil olduğunu açıqlayıb. Misir və Qəzza zolağı arasındakı Rəfah sərhəd keçid məntəqəsinin Fələstin tərəfində ediləcək təmir və tənzimləmələrdən sonra bir neçə gün ərzində açılacağı açıqlanıb.
Qəzzada əldə olunan atəşkəsdən sonra İsrail İordan çayının qərb sahilinə hücumlarını artırıb. Cenində 10 fələstinli qətlə yetirilib. 40 nəfər yaralanıb. İsrailin yeni hücumları nəticəsində 600-dən çox fələstinli Cenin qaçqınlar düşərgəsindən didərgin düşüb.
İsrail qüvvələri Şərqi Qüdsdəki Şuafat qaçqın düşərgəsində də bir fələstinlini yaralayıb.