Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Gündəm

Onlayn alınan bilet keçərli sayılmadı

Orkhan Ali 12 İyul 2025 - 22:21 (Last updated: 12 İyul 2025 - 18:55)
ady

ady

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) onlayn bilet sistemində texniki uyğunsuzluqla bağlı bəzi sərnişinlər narazılıq bildiriblər. Onlar aldıqları biletlərin kassada keçərli sayılmadığını və qatara buraxılmadıqlarını iddia edirlər.

AzPost xəbər verir ki, “Oxu.az”a müraciət edən Mirkamal Əliyev bildirib ki, mart ayında Qəbələdən Bakıya qayıdarkən bu cür problemlə üzləşib. Onun sözlərinə görə, onlayn qaydada aldığı iki biletdən yalnız biri 10 manat cərimə ilə geri qaytarılıb, digəri isə etibarsız sayılıb və qaytarılmayıb. Səbəb kimi onlayn alış zamanı yalnız FİN kodunun daxil edilməsi, lakin şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin göstərilməməsi qeyd olunub. Nəticədə qatarda bələdçi tərəfindən onlara yerində bilet təqdim olunub və ödəniş terminal vasitəsilə həyata keçirilib.

Digər bir sosial media istifadəçisi Ariz Hüseynov isə valideynlərinə onlayn bilet alarkən ata adının daxil edilmədiyini, bu səbəbdən onların qatara buraxılmadığını bildirib. Onun sözlərinə görə, ata adı sistem tərəfindən məcburi sahə kimi göstərilmədiyi üçün bu məlumatı əlavə etməyib. Lakin qeydiyyat zamanı problem yaşanıb və onlara biznes sinifdə əlavə bilet təklif olunub.

Məsələ ilə bağlı sorğuya cavab olaraq ADY-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bəxtiyar Hacıyev bildirib ki, Mirkamal Əliyevin qeyd etdiyi tarixdə – martın 29-da Qəbələ-Bakı reysində qeydiyyat zamanı məlum olub ki, sərnişinlər yalnız FİN kodunu daxil edib, şəxsiyyət vəsiqəsinin seriya nömrəsini isə sistemə əlavə etməyiblər. Bu məlumat uyğunsuzluğu səbəbindən əməkdaşlar tərəfindən onların səfərinin həmin biletlərlə mümkün olmadığı bildirilib və kassaya müraciət edərək biletləri qaytarmaq tövsiyə olunub.

B.Hacıyev qeyd edib ki, bilet qaytarıldıqda həmin yer 15 dəqiqədən 1 saata qədər sistemdə yenidən satışa çıxarılır. Bu səbəbdən sərnişinlərin səfərini təmin etmək məqsədilə qatarda digər yerlər təklif olunaraq QU-57 sənədi rəsmiləşdirilib və onlara yerində ödənişlə bilet təqdim olunub. Qaytarılmayan biletlə bağlı aparılan araşdırma nəticəsində məlum olub ki, sərnişin yalnız bir biletin QR kodunu kassaya təqdim edib. Kamera görüntüləri də bunu təsdiqləyib. Bu məlumat sərnişinə təqdim olunub.

Ariz Hüseynovun şikayətinə gəlincə, məlum olub ki, 5 iyulda Dəllər-Biləcəri reysinə bilet alan R.Hüseynov və N.Hüseynova qeydiyyat zamanı müvafiq sənədləri təqdim edərkən ata adı sistemdə qeyd edilməyib.

ADY nümayəndəsi bildirib ki, onlayn bilet alışı zamanı bütün sahələr, o cümlədən ata adı bölməsi doldurulmalıdır. Lakin hazırkı mərhələdə sistem bu sahəni məcburi etmədən fəaliyyət göstərir, məqsəd ata adı olmayan sərnişinlərin də bilet alışına imkan yaratmaqdır.

“Bu səbəbdən ata adı olmayan və ya daxil edilməyən biletlərlə qeydiyyat zamanı problem yaşana bilər. Sərnişinlərin səfərini davam etdirməsinə dəstək məqsədilə həmin reysdə standart sinifdə yer olmadığından sərnişinlərə biznes sinifdə yer təklif olunub və ödəniş QU-57 sənədi əsasında aparılıb. Biletlərin geri qaytarılması ilə bağlı məlumat verilsə də, sərnişinlər biletlərini qaytarmayıblar”, – deyə B.Hacıyev bildirib.

ADY rəsmisi sərnişinlərə onlayn bilet alarkən sistemdəki bütün məlumatların, o cümlədən şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ata adının düzgün şəkildə daxil edilməsini tövsiyə edib. Bu, qeydiyyat zamanı yarana biləcək texniki problemlərin qarşısını almağa kömək edər.

AzPost.az

Post navigation

Previous: Sevərək işlədiyimiz ev mühiti işimizi necə ləngidir?
Next: Çayı dəmləndikdən cəmi 15 dəqiqə sonra…

Oxşar xəbərlər

prayk esas
  • Gündəm

Eyni məhsul, fərqli qiymətlər – PRAYK süni bahalaşmaya qarşı yeni həll təqdim etdi

User 06 Noyabr 2026 - 13:53
sinirlioqlu
  • Gündəm

Azərbaycan Türkiyənin namizədini niyə dəstəkləmədi? – Sinirlioğlunun mübahisəli siyasi keçmişi

User 30 Oktyabr 2026 - 13:40
kulek_25
  • Gündəm

Bakıda güclü küləklə bağlı xəbərdarlıq verilib

User 18 Oktyabr 2026 - 14:19

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.