Operativ Qərargah:

224 nəfər karantin şəraitində saxlanılır
28 Fevral 2020 - 19:07

“Bu günə olan məlumata görə, 224 nəfər karantin şəraitində saxlanılır”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın üzvü, TƏBİB-in İşçi Qrupun rəhbəri Vasif Əliyev bildirib.

Bunlardan 12-si İran, 1-i İtaliya, 7-si digər ölkələr, qalanları Azərbaycan vətəndaşıdır.

Müayinələr zəncirvari reaksiyalar vasitəsilə aparılır və cavab bir müddət vaxt alır: “Rəqəmlər daim dəyişir. Mənfi cavabı çıxanlar evə müşahidəyə buraxılır. Amma koronavirus olmasa belə, başqa respirator xəstəliyi olanlar müalicə olunmalıdır”. (APA)