Oqtay Əsədov Milli Məclisin bu komitəsinə üzv olacaq

12 Mart 2020 - 14:55

Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun üzv olduğu komitə müəyyənləşib.

“Report”un xəbərinə görə, parlamentin sabiq sədri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü olacaq.

Həmin komitənin sədri Ziyafət Əsgərovdur.

Qeyd edək ki, 1955-ci il təvəllüdlü O.Əsədov 2000-ci ildə Milli Məclisin deputatır. O, 2005-2020-ci illərdə parlamentin sədri olub.