“Oqtay Gülalıyevin şüuru özünə qayıdır, xəbərləri dinləyir” –Mehman Əliyev son durumdan danışdı

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin müalicəsilə bağlı prosedurların yerinə yetirilməsi üçün təhkim edilən tibb bacıları öz işlərini davam etdirəcəklər.

Bu barədə Turan agentliyinin direktoru Mehman Əliyev hüquq müdafiəçisini evində ziyarət etdikdən sonra bildirib.

Bundan öncə, aprelin 26-da fəalın oğlu Təbriz Gülalıyev deyib ki, tibb bacıları mayın 1-dən hüquq müdafiəçisinin evinə gəlməyəcəklərini bildiriblər. Çünki üç aydır onlara maaş verilmir. Bu məlumat ictimaiyyətin mənfi reaksiyasına səbəb olub ki, bu da sosial şəbəkələrdə çoxsaylı tənqidi yazılarda öz əksini tapıb.

Görünür, bu, işə yarayıb və mayın 1-də tibb bacıları fəalın evinə gediblər. Onlar bildiriblər ki,  və “bütün məsələlər həll olunub”. Tibb işçiləri deyiblər ki, evdə prosedurları yerinə yetirməyə davam edəcəklər.

Bundan əlavə, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində növbəti müalicənin təyin edilməsi məqsədilə qan analizi nümunələrinin götürülməsi üçün  tibb işçilərinin göndərilməsilə bağlı müraciətə müsbət cavab veriblər.

Mehman Əliyev onu da bildirib ki, ağciyərlərdən bəlğəmi çıxarmaq və ümumiyyətlə, nəfəs almanı rahatlatmaq üçün qoyulmuş traxeostomanı bu günlərdə Oqtay Gülalıyevin boğazından çıxarıblar. Bu aparatı çıxardıqdan sonra hüquq müdafiəçisi daha  yaxşı nəfəs almağa başlayıb.

Ümumilikdə, fəalın vəziyyəti yaxşılaşır, şüuru özünə qayıdır. O, sualları diqqətlə dinləyir, onlara jestlərlə reaksiya verir. Bundan əlavə, xəbərləri dinləyir.

Oqtay Gülalıyev danışmağa da cəhd edir və traxeostomanın çıxarılması yəqin ki, nitqinin bərpasını sürətləndirəcək.

Oqtay Gülalıyev 29 oktyabr 2019-cu il tarixində Bakının mərkəzində piyada keçidində avtomobillə vurulub. O, xəstəxanaya çatdırılıb, lakin əməliyyat oktyabrın 30-da Respublika Neyrocərrahiyyə xəstəxanasının cərrahları tərəfindən özəl klinikada edilib.

Yanvarın 25-də Nəsimi Rayon Məhkəməsi hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhətinə ciddi ziyan vurmuş Kənan Abdullayevi 2 il 3 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmə onu Cinayət Məcəlləsinin 263.1.-1- ci maddəsilə (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıq səbəbindən zərərçəkmiş şəxsin sağlamlığına ağır ziyan vurduqda) təqsirli bilib. Bundan əlavə, Abdullayev üç il müddətinə avtomobil sürmək hüququndan məhrum edilib

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İŞİD liderinin ən etibar etdiyi “əmir” İstanbulda həbs edilib

Sonrakı məqalə

Bakıda yeni xətt üzrə sərnişin avtobusları xidmətə başlayır –