Oqtay Gülalıyevin vəziyyəti sabitləşib

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti stabildir, o hələ də xəstəxanada saxlanılır.

Bu barədə Azadlıq Radiosuna onun həyat yoldaşı Firuzə Gülalıyeva məlumat verib.

Onun sözlərinə görə, dünən O Gülalıyevdən qan analizi götürülüb. “Nəticələr göstərib ki, Oqtayın ağ ciyərlərində psevdomonas infeksiyası var. Bundan əlavə qarın boşluğunda sepsis infeksiyası mövcüddur. Bu gün digər analizlər də götürüləcək”.

O, qeyd edib ki, hüquq müdafiəçinin əlləri və ayaqları şişib. “Həkimlər dedi ki, Oqtaya fizioterapiya lazımdır. Lakin bu xəstəxanada fizioterapevt yoxdur. Kənardan həkimin dəvətini İcbari tibbi sığorta hələ ki, qarşılamır. İndi bu mədələni həll etməyə çalışırıq”.

Avqustun 5-də hüquq müdafiəçisi Oqtay Gülalıyevin vəziyyəti pisləşib.

Həyat yoldaşı Füruzə Gülaliyevanın deməsinə görə, bu, qidanın birbaşa mədəyə ötürən qastrostomiya (udma aktı tam pozulmuş və ya massiv şiş törəməsi olan pasiyentlərə endoskopik olaraq  mədəyə dəridən keçərək qidalandırıcı zondun yerləşdirilməsi) borucuğu  dəyişdirildikdən sonra baş verib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin 2019-cu il oktyabrın 29-da Bakının mərkəzində piyada keçidində avtomobillə vurulduğu bildirilir. Onun başından aldığı zədə nəticəsində hələ də komada olduğu deyilir.

Fakt üzrə Cinayət Məcəlləsinin 263.1.1-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb.

Oqtay Gülalıyev qəzadan sonra, elə 2019-cu il oktyabrın 29-da axşam Bakıdakı Kliniki Tibbi Mərkəzə gətirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Taliban” Qəndahar və Herat şəhərlərini ələ keçirib

Sonrakı məqalə

Əfqanıstan vəziyyətlə əlaqədar BMT-ni təcili iclas keçirməyə çağırıb