Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Orbana yaxın iş adamları pullarını Macarıstandan çıxarmağa başlayıb

User 28 Aprel 2026 - 16:25 (Last updated: 28 Aprel 2026 - 16:25)
orban cix01

Macarıstanın Baş naziri Viktor Orbana və onun Fidesz partiyasına yaxın iş adamları və vəzifəli şəxslər seçkilərdəki məğlubiyyətlərindən sonra aktivlərini xaricə daşımağa başlayıblar.

Azpost.info bildirir ki, bu barədə “The Guardian” qəzeti mənbələrə istinadən məlumat verir.

“Tisza” partiyasının lideri Peter Magyar bildirib ki, onlar hakimiyyət dəyişikliyindən sonra başlanacaq potensial araşdırmalardan qorxaraq sərvətlərini əvvəlcədən daşıyıb aparırlar. “Orbanla əlaqəli oliqarxlar BƏƏ, ABŞ, Uruqvay və digər uzaq ölkələrə on milyardlarla forinti köçürürlər”, – deyə Magyar sosial mediada yazıb. O, həmçinin hüquq-mühafizə orqanlarını bu işlərdə iştirak edənlərin ölkəni tərk etməsinin qarşısını almağa çağırıb.

Magyarın sözlərinə görə, Orbanın ən yaxın dostlarından biri olan Lerinc Meszarosun ailəsi Macarıstanı tərk edə bilər. Meszaros, əsasən hökumət sifarişləri sayəsində Orbanın hakimiyyəti dövründə ölkənin ən varlı adamı olub. Magyar həmçinin iddia edir ki, bir neçə oliqarx ailəsi artıq ölkəni tərk edib, uşaqlarını məktəbdən çıxarıb və köç üçün təhlükəsizlik təşkil edib.

Macarıstanın Vsquare və 444.hu portalları əvvəllər mümkün aktivlərin köçürülməsi barədə məlumat vermişdilər. Sonuncu mart ayında Orbanla əlaqəli şəxslərin aktivlərini Dubaya köçürdüyünü bildirmişdi.

Seçkilərdən sonra Magyar dəfələrlə korrupsiya ilə mübarizə aparacağına söz verib.

Orban özü şənbə günü deputat kimi parlamentdə yer tutmayacağını açıqlayıb. Lakin Fidesz lideri olaraq qalmaq və partiyanın “yeniləmə” prosesinə rəhbərlik etmək niyyətində olduğunu deyib. The Guardian-ın mənbəsinə görə, o, Dünya Kuboku başladıqdan qısa müddət sonra ABŞ-a səfər edə və orada bir neçə həftə keçirə bilər.

AzPost.az

Post navigation

Previous: 89 yaşlı qoca insanlara atəş açdı
Next: ABŞ-da benzinin qiyməti yeni rekord vurdu –

Oxşar xəbərlər

britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
putin uitkof
  • Dünya

Putin ABŞ-dan Avropaya təsir göstərməyi istədi – “Sülh, yoxsa müharibə?”

User 12 Noyabr 2026 - 20:16
rus ordu seferberlik
  • Dünya

Rusiyanın Ukraynada itkiləri 230 minə çata bilər – Məxfi məlumatlar üzə çıxdı

User 12 Noyabr 2026 - 19:57

xƏBƏR

ilham yunan bas nazir
  • Siyasət

İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb

User 12 Noyabr 2026 - 22:49
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin noyabrın 12-də Dublində Yunanıstan Respublikasının Baş naziri Kiriakos Miçotakis ilə görüşü olub....
Read more about İlham Əliyev Yunanıstanın Baş naziri ilə görüşüb
İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP ilham pasinyan dublin
  • Baş Yazı

İlham Əliyev və Paşinyan Dublində nəyi müzakirə etdi? – 105 min ton yük və TRIPP

User 12 Noyabr 2026 - 21:09
Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var? britaniya bas nazir
  • Dünya

Britaniya Rusiyanın 10 ən iri neft şirkətinə sanksiya tətbiq etdi – Siyahıda kimlər var?

User 12 Noyabr 2026 - 21:03
Bahalı hədiyyələr və romantik səyahətlər ailəni xilas etmir – Əsas məsələ başqadır aile
  • Sosial

Bahalı hədiyyələr və romantik səyahətlər ailəni xilas etmir – Əsas məsələ başqadır

User 12 Noyabr 2026 - 20:57
2026-cı ilin sonuna qədər 4 bürcün həyatı dəyişəcək – Onları nə gözləyir? burcler
  • Maraqlı

2026-cı ilin sonuna qədər 4 bürcün həyatı dəyişəcək – Onları nə gözləyir?

User 12 Noyabr 2026 - 20:47
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.