Ordu haqda saxta məlumat yayanların əmlakı müsadirə ediləcək –Putin qanun imzaladı

Rusiya Federasiyası Prezidenti Vladimir Putin ölkənin Silahlı Qüvvələri haqda saxta məlumat yayanların əmlakının müsadirə edilməsinə dair qanunu imzalayıb.

Bu barədə TASS məlumat yayıb.

Qeyd edək ki, qanun layihəsi bu ayın 8-də imzalanması üçün Vladimir Putinə təqdim edilib.

Qanuna əsasən, bu cəza Rusiya ordusu haqda və dövlət orqanlarının səlahiyyətlərini həyata keçirməsi ilə bağlı bilərəkdən yalan məlumatların ictimaiyyətə yayılmasına, bununla yanaşı, dövlət təhlükəsizliyinə qarşı yönələn fəaliyyətə ictimai çağırışlara görə təyin edilə bilər.

Xatırladaq ki, Dövlət Duması həmin qanunu bu ilin 31 yanvar tarixində qəbul edib.

Əvvəlki məqalə

Şəmkirdə 10 uşaq dönərdən zəhərlənib

Sonrakı məqalə

Prezident İlham Əliyevin andiçmə mərasimi keçirilir