Ordumuz Şuşada Araikin “andiçmə mərasimi” keçirdiyi binanı belə dağıdıb –

Paşinyanın ermənilərdən gizlətdiyi VİDEOGÖRÜNTÜLƏR
25 Dekabr 2020 - 13:03

Məlum olduğu kimi, oktyabr ayının 4-də Azərbaycan Ordusunun işğal olunmuş ərazilərin azad olunması istiqamətində keçirdiyi anti-terror əməliyyatları zamanı separatçı rejimin başçısı Arayik Harutyunyanın Şuşada “andiçmə mərasimi” keçirdiyi bina darmadağın edilib.
Azpost.info
Yeniavaz.com -a istinadən xəbər verir ki, Ermənistan mediası binanın vurulmasından qısa müddət sonra qeydə alınan video-görüntüləri yayıb.
Bildirilir ki, 4 oktyabr tarixində çoxlu sayda polis Nikol Paşinyanın birbaşa əmri ilə “Şuşa Mədəniyyət Evi” adlandırılan həmin binada toplanıblar və bu zaman binaya raketlə zərbə endirilib.
İddia olunur ki, hadisə günü Milli Təhlükəsizlik Xidmətinin o zamankı direktoru Arqişti Karamyan Nikol Paşinyana məlumat verib. Paşinyan öldürülən polislərin adlarını gizli saxlamağı və bütün videoların yayımlanmasının qarşısını almaq üçün silinməsini tapşırıb.