Ordumuzun əsgəri silahdan açılan atəş nəticəsində həlak olub

Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Məhərrəmov Elnur Ələsgər oğlunun odlu silahdan açılmış atəş nəticəsində yaralanması, təxliyə olunarkən yolda ölməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olmuşdur.

Bu barədə Hərbi Prokurorluqdan məlumat verilib.

Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış və hazırda təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilir.

İstintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

Əvvəlki məqalə

Bakıdakı atışmanın görüntüləri yayıldı–

Sonrakı məqalə

Zəlzələ bölgəsində olan 2 azərbaycanlıdan hələ də xəbər yoxdur –