Ordumuzun tank bölmələri intensiv döyüş hazırlığı məşğələlərinə başladı –VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri keçirilir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib. Məlumata görə, məşğələlər zamanı nəzəri biliklərini təkmilləşdirən tank heyətləri təhlükəsizlik qaydalarını öyrənir. Sonra hərbi qulluqçular döyüş maşınlarının idarə olunması vərdişlərinin təkmilləşdirilməsi üzrə məşğələlərə başlayır və praktiki atışlar icra edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Britaniyada beş nəfər öldürən şəxsin kimliyi açıqlanıb

Sonrakı məqalə

Azərbaycan UEFA-nın reytinq cədvəlində 30-cu pillədə qərarlaşıb