Orfoqrafiya lüğətinin çapının təxirə salınmasının səbəbi açıqlandı

10 İyul 2020 - 15:04

“Azərbaycan dilinin orfoqrafiya lüğəti”nin çapı növbəti dəfə bir neçə aylıq təxirə salınıb.

Bu barədə “Report”a açıqlamasında AMEA-nın vitse-prezidenti, Dövlət Dil Komissiyasının üzvü, akademik İsa Həbibbəyli deyib.

O bildirib ki, lüğətin çap edilməsinin təxirə salınmasına səbəb orada bəzi mübahisəli sözlərin yer almasıdır:

“Hazırda həmin sözlərin üzərində iş aparılır. Bütün bu işlər yekunlaşdıqdan sonra isə “Azərbaycan dilinin orfoqrafiya lüğəti” sentyabrda çapa veriləcək”.