2021-2022-ci tədris ilindən tədris olunacaq “Zəfər tarixi” kitabının şəkli paylaşılıb.
Bu barədə Təhsil naziri Emin Əmrullayev bildirib. 2021-2022-ci tədris ilindən bütün ümumi təhsil müəssisələrinin IX siniflərində “Zəfər tarixi” kursunun tədrisinə başlanılacaq.
“Zəfər tarixi” kursu tədris dilindən asılı olmayaraq, bütün siniflərdə dövlət dilində – Azərbaycan dilində 1 saat tədris olunacaq.