Əlahiddə Ümumqoşun Ordunun motoatıcı birləşmələri döyüş məşğələləri keçirir –FOTO

Əlahiddə Ümumqoşun Ordunun motoatıcı birləşmələrinin təlim mərkəzi və poliqonlarında şəxsi heyət aktiv məşğələlərə cəlb edilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, səhra şəraitində və çətin relyefli ərazilərdə təşkil olunan məşğələlərdə komandirlər tərəfindən tabelikdə olanların silahla davranış qaydaları, nəzəri bilikləri və praktiki bacarıqları yoxlanılır.

Şəxsi heyətin döyüş meydanında hədəfləri məhv edərək sağ qalmaq vərdişlərinin təkmilləşdirildiyi məşğələlərdə silah nümunələrinin tətbiqi səviyyəsi döyüş atışları ilə qiymətləndirilir.

Məşğələlərdə atıcı silahlardan və qumbaraatanlardan praktiki atışlar yerinə yetirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Tədris ilinin başlanması ilə bağlı vəziyyət təhlil olunur” –

Sonrakı məqalə

Orta məktəblərdə “Zəfər tarixi” tədris olunacaq –