Orta məktəblərdə buraxılış imtahanları iyunda keçiriləcək –Məleykə Abbaszadə açıqladı

“Xüsusi rejimlə əlaqədar 15 növ imtahan təxirə salınıb. Bu il 9-cu siniflərin buraxılış imtahanında cəmi 120 min çox şagird iştirak etməli idi. İlk mərhələ martın 1-də keçirilib. Həmin imtahanda 40 min şagird iştirak edib”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

Şura sədri əlavə edib ki, 9-cu siniflərin buraxılış imtahanlarının ikinci mərhələsi iyunda olacaq: “IX sinif buraxılış imtahanlarının iyun ayında bir mərhələdə bu imtahanın II mərhələsinin modeli əsasında keçirilməsi planlaşdırılır. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq, imtahanların bölgələr üzrə keçirilmə ardıcıllığı müəyyənləşəcək. İmtahana buraxılış vərəqələri imtahan günündən 5-7 gün əvvəl DİM-in saytında yerləşdirilir. 1 mart 2020-ci il tarixində Bakı, Şirvan və Naxçıvan Muxtar Respublikasında I mərhələ üzrə imtahan vermiş məzunların imtahan nəticələri elmi-statistik hesablamalar tətbiq edilməklə 100 bala uyğunlaşdırılacaq.

Digər bölgələr üzrə məzunlar yalnız imtahanın II mərhələsində iştirak edəcəklər. Bu mərhələ üzrə maksimal bal hər fənn üzrə 70 deyil, 100 ballıq şkalaya uyğun hesablanacaq”.

DİM sədri deyib ki, nəticələri I mərhələ imtahanı əsasında hesablanmış məzunlar qiymətlərindən narazı olduqları halda II mərhələ imtahanında iştirak edə bilərlər.  Buraxılış imtahanı proqramlarından martın 1-dən sonra tədris olunan mövzular çıxarılır və imtahanlarda həmin mövzuların qiymətləndirilməsi nəzərdə tutulmur: “Bu il və əvvəlki illərdə üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməyən məzunlar sentyabr ayında təşkil ediləcək imtahanlarda iştirak edə bilərlər. XI sinif buraxılış imtahanlarının da iyun ayı ərzində təşkil edilməsi planlaşdırılır. Məzunlar buraxılış imtahanında əvvəlki illərdə olduğu kimi hər fənn üzrə maksimum 100 bal toplaya bilərlər”.

 

“9 və 11-ci sinif üçün buraxılış imtahanları iyun ayında planlaşdırılır”.

Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib.

DİM Direktorlar Şurasının sədri deyib ki, mart, aprel, may və iyun ayında proqramda nəzərdə tutulan mövzular imtahan zamanı qiymətləndirilməyəcək: “Bu aylarda nəzərdə tutulan mövzular buraxılış imtahanında qiymətləndirilməyəcək”.

M. Abbaszadə qeyd edib ki, 9-cu sinif şagirdləri üçün Azərbaycan dili imtahanı kağız daşıyıcılarında keçiriləcək : “İmtahana buraxılış vərəqəsini hər bir şəxs şəxsi kabinetindən əldə edəcək. Şagirdlər yaşadığı regionlarda imtahanda iştirak edəcək. Regionlar arasında şagirdlərin imtahan verməsi nəzərdə tutulmur. İyun ayında 160 mindən çox şagird imtahanda iştirak edəcək. Onların hərəsi bir masa arxasında oturacaqsa, biz təxminən 320 minlik yer hazırlamalıyıq ki, o kontingenti yerləşdirək”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Putin və Tramp arasında telefon danışığı olub

Sonrakı məqalə

Allahşükür Paşazadə Trampa nə üçün müraciət edib? –