Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Öskürəyə nə yaxşı təsir edir? –

User 27 Dekabr 2025 - 16:58 (Last updated: 27 Dekabr 2025 - 16:58)
oskurek02

Hamı öskürəyin nə qədər can sıxıcı bir problem olduğu ilə razılaşır. Sadə bir öskürək həftələrlə davam edə, boğaz ağrısına, əzələ gərginliyinə və yuxunun tez-tez pozulmasına səbəb ola bilər.

Buna görə də öskürəyə çarə axtarılması və bu problemi aradan qaldırmağa yönəlmiş məhsulların geniş bir bazarının olması təəccüblü deyil.

Bəs bu üsullar həqiqətən təsir edirmi? 

BBC Radio 4 dinləyicilərindən biri bu sualı “Sliced Bread” (“Bundan daha yaxşısı yoxdur”) adlı proqrama göndərib.

Proqramın aparıcısı Qreq Fut cavabı tapmaq üçün mövzunun mütəxəssisinə – Mançester Universitetindən ağciyər xəstəlikləri üzrə professor, eyni zamanda öskürək klinikasını idarə edən Ceki Smitə müraciət edib.

Smitin sözlərinə görə, iki əsas öskürək növü var: Quru və adətən bəlğəmlə müşayiət olunan, döş qəfəsini qıcıqlandıran öskürək

Hər iki növ üçün siroplar var. Bu dərmanlar öskürəyi tamamilə aradan qaldırmır, lakin bir qədər yüngülləşdirə bilər. Buna baxmayaraq, Smit özü bu dərmanlardan heç vaxt istifadə etmir.

Onun fikrincə, öskürəyin növündən asılı olmayaraq, ən çox güvəndiyi vasitə bal və limondur.

Bəs bunun elmi əsası nədir? Hansı qidalar həqiqətən öskürəyi kəsməyə kömək edə bilər? Yaxud əksinə, öskürəyi daha da şiddətləndirə bilər?

Bal

İsti suya bal və limon əlavə etmək klassik ev üsulu öskürək dərmanıdır. Bunun yaxşı bir səbəbi var. Smitə görə, elmi baxımdan ən ümidverici qida baldır. “Çox şirin maddələrin dillə təmasda olduqda öskürək refleksini basa bildiyinə dair bəzi sübutlar mövcuddur”-deyə həkim bildirib.

Bal ve limon

Şəklin mənbəyi,Getty Images

Bal məsələsinə gəlincə, Smit xüsusilə gecə öskürən uşaqlarda öskürəyin miqdarını azaltdığını göstərən sübutların mövcud olduğunu bildirir: “Öskürək siroplarının tərkibində boğazı örtən və sakitləşdirən maddələr olur; bu da insanların soyuqdəymə zamanı hiss etdiyi o qıcıqlanmanı azalda bilər. Balda da vəziyyət eynidir”.

Sarıkök

“Təəssüf ki, sarıkökün öskürəyi kəsdiyinə dair sübut olduğunu düşünmürəm”-deyə Smit vurğulayıb.”Amma bu, onun qətiyyən təsirli olmadığının sübut edildiyi anlamına da gəlmir. Sadəcə, kifayət qədər araşdırma yoxdur”-deyə əlavə edib.

Bununla belə, sarıkökü içki şəklində qəbul etməyin müəyyən faydaları ola bilər: “Boğazınız həssasdırsa və qıcıqlanırsa, udqunma hərəkətinin özü belə, boğazdakı qıcıqlanmanı azaldaraq öskürəyi basdırmağa kömək edə bilər. Əgər içdiyiniz maye isti və sakitləşdiricidirsə, bu təsir daha da güclü ola bilər”.

Zəncəfil ve sarımsaq

Smitin sözlərinə görə, möhkəm elmi dəlillər olmasa da, zəncəfil və sarımsaq boğaz və tənəffüs yollarındakı bəzi ion kanallarını, yəni öskürəyi tətikləyən xırda reseptorları aktivləşdirir.

Zəncəfil ve limon

Smit vurğulayıb ki, TRPA1 reseptorları tənəffüs yollarımızı zərərli kimyəvi maddələrdən qorumaq və qidaların ağciyərlərə qaçmasının qarşısını almaq üçün mövcuddur: “Boğazdakı bu reseptorları zəncəfil və ya sarımsaqla “doldurmaq” onları həssaslığını azalda bilər.”

“Eyni vəziyyət kapsaisin üçün də keçərli ola bilər (acı bibərin tərkibindəki yandırıcı maddə). Bəzi öskürək dərmanları və pastillərdə kapsaisin var. Yəni, nəzəri olaraq bu mümkündür”deyə o qeyd edib.

Tünd şokolad

Smit qeyd edib ki, şokoladın tərkibində ‘teobromin’ adlı kimyəvi maddə mövcuddur. Bir neçə il əvvəl bir şirkət bu maddənin öskürək dərmanı kimi istifadə olunub-olunmayacağını araşdırıb: “Çünki laboratoriya tədqiqatlarında teobrominin öskürək refleksini tətikləyən sinirlərin həssaslığını azaltdığı müşahidə edilmişdi. Amma təsirin olduqca zəif olduğu məlum oldu”. Əgər bu üsulu sınamağı düşünürsünüzsə kakao tərkibi yüksək olan tünd şokoladı seçin. Kakao faizi artdıqca teobromin miqdarı da artır.

Bəs hansı qidalar öskürəyi pisləşdirə bilər?

Smit deyir ki, illərdir klinikasında bir çox xəstəsi süd və süd məhsullarının öskürəyi gücləndirdiyini söyləyir. Bununla belə, o vurğulayır ki, bu barədə heç bir elmi sübut yoxdur: “Bəlkə də boğazı örtən bir quruluşa malik olduqları üçün, əgər bəlğəmli öskürəyiniz varsa, sizi daha pis hiss etdirə bilərlər.

öskürək

Smitin klinikasında öskürəyi araşdırılan xəstələrə uzaq durmaları tövsiyə edilən yeganə maddə isə kofeindir: “Kofeinin öskürəyi artırdığına dair birbaşa sübut yoxdur. Amma kofeinin turşu reflüsünü tətikləyə biləcəyinə dair bir nəzəriyyə var və reflünü artıran hər şey öskürəyi də tətikləyə bilər”.

Öskürürsünüzsə, nə yeməli və ya içməlisiniz?

Smitin ən əsas tövsiyəsi bal istehlakıdır. O, həmçinin müntəzəm şəkildə su qurtumlamağın da çox faydalı olduğunu düşünür: “Udqunma öskürək refleksini basdırır və boğazı sakitləşdirir. Bir çox xəstəm bunu gündəlik olaraq öskürəklərini nəzarətdə saxlamaq üçün istifadə edir”.

Beləliklə, demək olar ki, mətbəxdə tapılan bir çox vasitə müalicəedici olmaqdan daha çox rahatladıcı təsir göstərir.

Aleks Teylor

BBC News

AzPost.az

Post navigation

Previous: Xalq şairi Nəriman Həsənzadənin son vəziyyəti açıqlanıb
Next: Biləsuvarda qadın gözəllik salonunda öldü

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham bayraq
  • Baş Yazı

Azərbaycanda Dövlət Bayrağı Günüdür

User 09 Noyabr 2026 - 00:45
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur. Azərbaycanın üçrəngli bayrağı dövlət rəmzi olaraq Azərbaycan Xalq Cümhuriyyəti...
Read more about Azərbaycanda Dövlət Bayrağı Günüdür
Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək? ilham er03
  • Siyasət

Şuşa görüşündə hansı mesajlar verildi? – Ərdoğanın səfəri nəyi dəyişəcək?

User 08 Noyabr 2026 - 23:53
“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP tramp iran
  • Dünya

“İranın əvvəlki imkanlarının yalnız 10 faizi qalıb” – TRAMP

User 08 Noyabr 2026 - 23:31
Ərdoğanın Azərbaycana səfəri başa çatıb erdo qayit01
  • Sosial

Ərdoğanın Azərbaycana səfəri başa çatıb

User 08 Noyabr 2026 - 21:00
İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib ilham erdo ziyafet
  • Sosial

İlham Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verilib

User 08 Noyabr 2026 - 20:40
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.