Ötən il Azərbaycanda 21 ana ölümü olub

20 Avqust 2020 - 17:48

Ötən il Azərbaycanda  qeydə alınan ana ölümlərinin sayı açıqlanıb.

APA -nın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, 2019-cu ildə Azərbaycanda 21 ana ölümü qeydə alınıb.

Qeyd olunub ki, Sәhiyyә Nazirliyinin mәlumatına әsasәn, ölüm halları hamilәlik, doğuş vә zahılıq dövründә baş verib.