Ötən il neft satışından Azərbaycana nə qədər pul gəlib? –  

Gəlir verən yataqların ADLARI VƏ MƏBLƏĞLƏR
08 İyul 2021 - 10:14

2020-ci ilin 9 ayı ərzində Azəri-Çıraq-Günəşli yatağından hasil edilmiş mənfəət neftinin satışından 2 milyard 894 milyon dollar və Şahdəniz yatağından hasil edilən kondensatın satışından 189 milyon dollar təşkil edib.

Azpost.info bildirir ki, bu barədə Dövlət Neft Fondunun 2021-ci il büdcəsinin layihəsinə Hesablama Palatasının verdiyi rəydə qeyd olunub.

Hesabatda bildirilir ki, bu göstərici üzrə 2019-cu ilin müvafiq dövrü ərzində daxilolmalar 6 milyard 326 milyon dollar olub.

Dənizdə və quruda yerləşən yataqların işlənməsi üzrə bağlanmış Hasilatın Pay Bölgüsü haqqında Sazişlərə uyğun olaraq 2020-ci ilin 9 ayı ərzində mənfəət neftinin və qazın satışı üzrə daxilolmalar aşağıdakı kimi olub:

  • Azəri-Çıraq-Günəşli yatağından hasil edilmiş mənfəət neftinin satışından – 2 milyard 894 milyon ABŞ dolları;
  • Şahdəniz yatağından qazının satışından – 71 milyon ABŞ dolları;
  • Şahdəniz yatağından kondensatın satışından – 189 milyon ABŞ dolları;
  • Kürovdağ Neft Yatağının daxil olduğu blokun bərpası, işlənməsi və Hasilatın Pay Bölgüsü haqqında Saziş üzrə – 2 milyon ABŞ dolları;
  • Binəqədi, Qirmək, Çaxnaqlar, Sulutəpə, Masazır, Fatmayi, Şabandağ və Sianşor Neft Yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə – 2 milyon ABŞ dolları;
  • Kürsəngi və Qarabağlı daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə – 1 milyon ABŞ dolları;
  • Neftçala Neft Yatağının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə – 0.2 milyon ABŞ dolları;
  • Zığ və Hövsan Neft Yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə – 1 milyon ABŞ dolları;
  • Suraxanı Neft Yatağının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə – 1.0 milyon ABŞ dolları;
  • Bahar Yatağının və Qum-Dəniz Yatağının Daxil Olduğu Blokun Kəşfiyyatı, bərpası, işlənməsi və HPBS üzrə – 0.2 milyon ABŞ dolları;
  • Balaxanı-Sabunçu-Ramana və Kürdəxanı Neft Yataqlarının daxil olduğu blokun bərpası, işlənməsi və HPBS üzrə –5 milyon ABŞ dolları;
  • Mişovdağ və Kəlaməddin neft yataqlarının daxil olduğu blokun bərpası, kəşfiyyatı, işlənməsi və HPBS üzrə – 0.3 milyon ABŞ dolları.  
  • 2020-ci ilin 9 ayı ərzində mənfəət neftinin və qazın satışından əldə edilən
    gəlirlər Neft Fondun büdcəsində nəzərdə tutulmuş (6 646,9 milyon manat) gəlir maddəsinə nisbətən 81,9% faiz səviyyəsində icra edilərək 5 445,5 milyon manat və yaxud 3 203,3 milyon ABŞ dolları təşkil edib.