Ötən sutkada dünyada 578 min nəfər koronavirusa yoluxub –

10 min adam ölüb (RƏQƏMLƏR)
28 İyul 2021 - 08:39

Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 578 mindən çox artıb.

Pandemiyanın onlayn statistikasını apara “worldometers.info” saytı xəbər verir ki, ötən sutka ərzində 578 min 408 nəfər yeni koronavirusa yoluxub, 9 min 475 nəfər isə dünyasını dəyişib. Bununla da yoluxanların ümumi sayı 195 milyon 942 min 357, ölənlər isə 4 milyon 192 min 372 nəfərə çatıb.

Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (35,3 milyon), Hindistan (31,4 milyon), Braziliya (19,7 milyon), Rusiya (6,1 milyon), Fransa (6 milyon), Böyük Britaniya (5,7 milyon) və Türkiyədə (5,6 milyon) qeydə alınıb.

Xatırladaq ki, koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Çin həmin ilin sonunda Ümumdünya Səhiyyə Təşkilatını (ÜST) ölkədə naməlum virusun yayılması barədə məlumatlandırıb. ÜST ötən il fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, 1 ay sonra – martın 11-də isə koronavirusu pandemiya elan edib.