“Qarşıdakı 10 ildə dünya çox dəyişəcək”-Baydendən proqnoz

“Önümüzdəki 10 ildə dünya əvvəlki yarım əsrdən daha çox dəyişəcək”.

Bu fikri çərşənbə axşamı ABŞ Prezidenti Co Bayden ABŞ Milli Kəşfiyyat Direktorluğunun şəxsi heyəti ilə görüşü zamanı deyib.

ABŞ liderinin sözlərinə görə, dünya texnoloji baxımdan ittifaqlar və insanlar arasındakı qarşılıqlı əlaqə baxımından o qədər sürətlə dəyişir ki, yaxın 10 ildə hər şey əvvəlki 50 ilə nisbətən hər cəhətdən daha çox fərqlənəcək: Bu bir gerçəklikdir. 15 il əvvəl səninlə hipersəs haqqında danışmağa başlasaydım, məni dəli kimi qəbul edərdin. Çox şey dəyişəcək. Həqiqətən daha çətin olacaq”.

Bayden coğrafi baxımdan da daha müxtəlif dəyişikliklərin olacağına inamını ifadə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qazaxıstanın beş şəhərində karantin rejimi sərtləşdirilir

Sonrakı məqalə

Ötən sutkada dünyada 578 min nəfər koronavirusa yoluxub –