Ötən bir ildə 8 nəfər ədliyyə orqanlarından kənarlaşdırılıb

2020-ci il “Könüllülər ili” çərçivəsində 300-dən çox könüllü ədliyyə xidmətlərində fəaliyyətə cəlb olunub.

Ədliyyə Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, bu barədə 18-də Ədliyyə Nazirliyində aidiyyəti nazir müavinləri Eldar Nuriyevin və Toğrul Musayevin, nazirliyin İcra və Probasiya xidmətlərinin və yerli qurumlarının, regional ədliyyə idarələrinin rəhbərlərinin iştirakı ilə  videokonfrans formatında keçirilən müşavirədə bildirilib.

Bildirilib ki, bununla yanaşı, yerli qurumların fəaliyyətində nöqsan və çatışmazlıqlar qeyd olunub, vətəndaşlardan daxil olan, o cümlədən yerlərdə keçirilən qəbullar zamanı, habelə qaynar xətlərə edilən şikayət və siqnalların narahatlıq doğurduğu vurğulanıb.

İcra və probasiya qurumlarının bəzi əməkdaşları tərəfindən xidməti vəzifələrinə səhlənkar yanaşılaraq süründürməçiliyə, digər nöqsan və qanun pozuntularına yol verilməsi diqqətə çatdırılıb. Qeyd edilib ki, ötən bir ildə 22 nəfərin intizam məsuliyyətinə cəlb edildiyi, o cümlədən 8 nəfərin ədliyyə orqanlarından xaric olunduğu və ya vəzifəsindən azad edildiyi, 3 nəfər barəsində toplanmış materialların prokurorluğa göndərildiyi vurğulanıb.

Müşavirədə dövlət başçısının hüquq mühafizə orqanları qarşısında irəli sürdüyü tələblərin ədliyyə orqanlarının fəaiyyətində daim rəhbər tutulması, etik davranış qaydalarına dönmədən əməl olunması, insanlara layiqli xidmət göstərilməsi, o cümlədən indiki pandemiya şəraitində vətəndaşların müraciətlərinə daha həssaslıqla yanaşılması tapşırılıb.

Həmçinin məhkəmə və digər orqanların qərarlarının vaxtında və tam icrasının təmin edilməsi, tabe qurumların fəaliyyətinə tələbkarlığın və nəzarətin gücləndirilməsi, bu sahədə şəffaflığın və ictimai iştirakçılığın artırılması, eləcə də əməkdaşların məsuliyyət hissinin və peşəkarlığının yüksəldilməsi ilə bağlı və digər konkret göstərişlər verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Paşinyan siyasətdə təsadüfi fiqur olduğunu göstərdi” –

Sonrakı məqalə

Sovet dissidenti Soljenitsının oğlu Rusiyada şirkət rəhbəri təyin olunub