Ötən gün COVD-19-dan vəfat edən olmayıb –OPERATİV QƏRARGAH

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 21 yeni yoluxma faktı qeydə alınıb, 39 nəfər müalicə olunaraq sağalıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib. Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 792 237 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782 332 nəfər müalicə olunaraq sağalıb, 9 703 nəfər vəfat edib, aktiv xəstə sayı 202 nəfərdir.

Ölkədə son sutka ərzində 4 453, hazırkı dövrədək isə 6 743 461 test aparılıb.

Əvvəlki məqalə

Seyfəli poliqonunda yararsız döyüş sursatları məhv ediləcək

Sonrakı məqalə

Pakistanda Nəvaz Şərifin qardaşı Baş nazir postuna namizəd oldu