Ötən gün ölkədə koronavirusa yoluxanların sayı açıqlandı –OPERATİV QƏRARGAH

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 1 099 yeni yoluxma faktı qeydə alınıb, 2 404 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 18 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 479 814 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 449 047 nəfər müalicə olunaraq sağalıb, 6 433 nəfər vəfat edib, aktiv xəstə sayı 24 334 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12 274, ötən müddət ərzində isə ümumilikdə 4 814 503 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kardiologiya İnstitutunun həkimi koronavirusdan vəfat edib

Sonrakı məqalə

“Gələn il “Texnofest”i Azərbaycanda keçirəcəyik” –