Ötən il büdcədən elm üçün 122 milyon manat xərclənib –RƏQƏMLƏR

2019-cu ildə elm xərclərinə dövlət büdcəsindən 122,3 milyon manat vəsait yönəldilib. Bu məbləğ dövlət büdcəsi xərclərinin 0,5 faizidir.

 Azpost.info bildirir ki, bu barədə “2019-cu il dövlət büdcəsinin icrası barədə” hesabatda bildirilib.

Hesabatda deyilir ki,  2019-cu ildə də təhsil sektoru üzrə xərclərin dinamik icrası təmin edilmiş, o cümlədən təhsil üzrə dövlət  proqramlarının  icrası, əməyin ödənişi  xərclərinin  tənzimlənməsi  və digər  sosial tədbirlərin  maliyyə

təminatı,  bir  sıra  təhsil  infrastrukturlarının  bərpası  və yenidən qurulması, ümum təhsil  müəssisələrinin  şagirdlərinin  dərsliklərlə pulsuz  təmin  olunması,  təhsil  sisteminin informasiyalaşdırılması, ilk dəfə olaraq sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı və digər təhsil tədbirlərinin maliyyələşdirilməsi təmin olunub.

Dövlətə saslı vəsait qoyuluşu xərclərindən ayrılmış vəsait də (294,1 milyon manat) nəzərə alınmaqla, 2019-cu ildə təhsil xərclərinə dövlət büdcəsi xərclərinin 10,2 faizi həcmində (2018-ci illə müqayisədə 0,4 faiz-bənd çox) və ya 2489,8 milyon manat vəsait yönəldilib. Bu da 2018-ci illə müqayisədə 272,9 milyon manat və ya 12,3 faiz çoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Saxta jurnalist sənədi hazırlayaraq karantin qaydalarını pozan şəxs saxlanılıb

Sonrakı məqalə

Azərbaycanın işğal altında olan ərazilərində koronavirusa yoluxanların sayı 24-ə çatıb