Ötən il İranda 1200 ton narkotik müsadirə edilib

2020-ci ildə İranda rekord miqdarda narkotik vasitə aşkar olunaraq müsadirə edilib.

Bunu jurnalistlərə açıqlamasında İranın Narkotik vasitələrə nəzarət üzrə qərargahının katibi general İsgəndər Mömini deyib.

O bildirib ki, ötən il İranın hüquq-mühafizə orqanları həyata keçirdikləri əməliyyatlar nəticəsində 1200 ton narkotik vasitə müsadirə ediblər. Bu, əvvəlki illə müqayisədə 41 faiz çoxdur. Onun sözlərinə görə, Əfqanıstandan İrana qaçaqmalçılıq yolu ilə gətirilən narkotik vasitələr tranzit olaraq Avropa ölkələrinə daşınır. Bunun qarşısını almaq üçün İran hər il səylərini daha da artırır. Ötən il ərzində narkotik vasitələrin qaçaqmalçılığı ilə məşğul olan silahlı dəstələrlə mübarizədə hüquq-mühafizə orqanlarının 9 əməkdaşı şəhid olub.

General narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında BMT ilə əməkdaşlığı yüksək qiymətləndirib. O qeyd edib ki, dünyada narkotik vasitələrin istehsalı ilə yanaşı, narkotikdən istifadə edənlərin də sayında artım müşahidə olunur. Bunun qarşısını almaq üçün beynəlxalq ictimaiyyət birlikdə hərəkət etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ağdamı görəndə ürəyim ağrıdı” –

Sonrakı məqalə

“Dünyaya göstərək ki, bu torpaqlarda necə dağıntılar törədilib” –