Ötən il Rusiya pasportundan neçə nəfər imtina edib?- RƏQƏMLƏR

2022-ci ildə 4306 nəfər Rusiya vətəndaşlığından imtina edib.

Azpost.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyindən bildirilib.

Bu, son üç il ərzində ən yüksək göstəricidir. 2020-ci ildə bu rəqəm 3877, 2021-ci ildə isə 4055 olmuşdu. Rusiya XİN isə hesab edir ki, dinamikada ciddi dəyişiklik yoxdur. Sadəcə əvvəlki illərdə xaricdəki müvafiq qurumların işi koronavirusa görə məhdudlaşdığından Rusiya pasportlarından imtina daha az olub.

“2020-2021-ci illərdə sanitar-epidemioloji tələblərə uyğun olaraq xaricdəki Rusiya müəssisələrində ziyarətçilərin qəbulunun məhdud rejimdə aparılıbş Bu amili nəzərə alsaq, xaricdə Rusiya vətəndaşlığından imtinaya dair qeydiyyat üçün müraciətlərin sayının dinamikasında ciddi dəyişiklik yoxdur. – Xarici İşlər Nazirliyindəki mənbə vurğulayıb.

Nazirlik onu da bildirib ki, 2022-ci ildə 40 nəfər Rusiyada olarkən Rusiya vətəndaşlığından imtina edib. Belə bir nümunə üçün əvvəlki illərin statistikası məlum deyil.

O da məlum olub ki, 2022-ci ildə Rusiya vətəndaşlığını alanların sayı azalıb. Ümumilikdə təqribən 691 min nəfər Rusiya pasportu alıb. Bir il əvvəl bu rəqəm 735 min idi. Ən çox müraciət Ukrayna vətəndaşlarından olub, Tacikistan və Ermənistan da ilk üçlükdədir.

Azpost.info

Əvvəlki məqalə

Dövlət Xidməti özəl klinikalarda yoxlamalara başlayıb

Sonrakı məqalə

Türkiyədəki zəlzələdə ölənlərin sayı artdı