Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Ölkə

Övladları I sinfə gedəcək valideynlərə XƏBƏRDARLIQ

Orkhan Ali 12 Mart 2025 - 15:24 (Last updated: 21 May 2025 - 20:15)
00001.00_21_08_01.Still001

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı və Sumqayıt şəhərlərində yaşayan, övladları I sinfə gedəcək valideynlərə xəbərdarlıq edib.

AzPost-un məlumatına görə, xəbərdarlıqda bildirilib ki, birinci sinfə elektron qeydiyyat prosesinə hazırlıq çərçivəsində Bakı və Sumqayıt şəhərlərində yaşayan, övladları I sinfə gedəcək valideynlərin mikroərazilər üzrə ünvanlarının dəqiqləşdirilməsi ilə bağlı müraciətlərinin qəbulu müddəti 14 mart saat 18:00 tarixində yekunlaşır.

Vətəndaşlar bu müddət ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsi və Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəsmi hesablarına daxil olaraq daimi qeydiyyat ünvanının dislokasiyada olmasını dəqiqləşdirməlidirlər. Daimi qeydiyyat ünvanı dislokasiyada olmayan valideynlər müvafiq formanı doldurub 14 mart saat 18:00 tarixinədək Bakı şəhəri üzrə 5, 6, 7 saylı və Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzlərinin təhsil xidmətləri bölməsinə yaxınlaşaraq təklif və rəylərini verə bilərlər.

Əlavə sualı olan vətəndaşlara Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Çağrı Mərkəzinə (146-1) zəng etmək tövsiyə olunur.

Qeyd edək ki, 5, 6 və 7 saylı “ASAN xidmət” mərkəzlərinə daimi qeydiyyat ünvanı dislokasiyada olmayan, daimi qeydiyyat ünvanı dislokasiyada yanlış qeyd olunan valideynlər, eləcə də dislokasiyada daimi qeydiyyat ünvanı və müvafiq məktəbi müəyyən olunduğu halda obyektiv səbəbləri əsas gətirərək başqa məktəb seçiminə üstünlük verən valideynlər müraciət edə bilərlər.

Post navigation

Previous: “Mircəlal həkim dedi ki, onlar bizi biabır ediblər”
Next: Azərbaycan Texnologiya Universiteti 400 parta dəsti və stullarına 36.5 min manat xərcləyəcək

Oxşar xəbərlər

ilham zengi01
  • Ölkə

Prezident və birinci xanım Zəngilanda – YENİLƏNİB

User 06 Noyabr 2026 - 14:31
ramiz mehdiyev
  • Ölkə

Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması təsdiqlənib

User 30 Oktyabr 2026 - 17:27
ilham yap02
  • Ölkə

YAP Təftiş Komissiyasının sədri seçilib

User 30 Oktyabr 2026 - 16:41

xƏBƏR

ilham aliyev
  • Baş Yazı

Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib

User 07 Noyabr 2026 - 18:15
Azərbaycan mədəniyyət ictimaiyyəti Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib. Təbrikdə deyilir: “Möhtərəm cənab Prezident, 8...
Read more about Mədəniyyət xadimləri İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik edib
Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama Hakan Fidan
  • Dünya

Türkiyə Orta dəhlizlə bağlı planlarını açıqladı – Hakan Fidandan açıqlama

User 07 Noyabr 2026 - 16:50
Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib sevinc
  • Sosial

Deputat Sevinc Hüseynovanın həyat yoldaşı vəfat edib

User 07 Noyabr 2026 - 15:32
Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var? rus ukr bayraq
  • Dünya

Ukrayna ilə danışıqlara Putinin əsas adamları gedir – Heyətdə kimlər var?

User 07 Noyabr 2026 - 15:04
TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj abs sefir ermenis
  • Dünya

TRIPP layihəsi regionda hansı dəyişikliklərə yol aça bilər? – ABŞ-dan mesaj

User 07 Noyabr 2026 - 14:59
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.