“Öz işinizlə məşğul olun…” –

Putindən Avropanın ittihamlarına reaksiya
14 Noyabr 2021 - 15:58

Rusiya prezidenti Putin Moskvanı belarus-polşa sərhəddindəki miqrant böhranına görə ittiham edənlərə cavab verib.

Azpost.info bildirir ki, Putin “Rossiya-1” telekanalına müsahibəsində bu barədə danışıb.

“Ünvanımıza ittihamlar səsləndirənlərin hamısına deyirəm: Öz daxili problemlərinizlə məşğul olun. Özünüzün həll etməli olduğunuz, müvafiq idarələrinizin qərar verməli olduğu məsələləri heç kimin üzərinə atmayın”-deyə Putin vurğulayıb.

Bundan əvvəl Britaniyanın XİN baçısı Elizabet Trass Rusiyanın Belarus-Polşa sərhəddindəki böhrana görə məsuliayyət daşıdığını bəyan edib və Moskvanı Belarusa təzyiq edərək buna son qoymağa çağırıb.