Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

“Öz kartıma pul köçürürəm, faiz tuturlar” –

User 13 Aprel 2026 - 12:34 (Last updated: 13 Aprel 2026 - 12:36)
Bank

Bank

“KapitalBank”ın öz kartına pul köçürməyə görə müştəridən komission haqq tutması və buna görə gündəlik faiz tətbiq etməsi müştəridən haqsız pul qopartmaqdır“.
Azpost.info bildirir ki, bu barədə tanınmış iqtisadçı ekspert Samir Əliyev paylaşımında yazıb.
S.Əliyev son gündə bununla bağlı üzləşdiyi problemdən narazlıq edib.
Onun sözlərinə görə, bankın tətbiqində digər banklarda olduğu kimi istədiyin vəsaiti bir hesabdan digər hesaba, bir kartdan digər karta pul köçürtmək funksiyası var. Ekspert qeyd edib ki, belə köçürtmələrə görə təyinatdan asılı olaraq komission haqq tələb oluna da bilər, olunmaya da bilər: “Bu, normaldır, hətta əladır. Normal olmayanı nədir? A kartından A kartına, yəni özünə pul köçürməyə görə müştəridən komission haqq tutmaq və üstəlik buna görə gündəlik faiz tətbiq etmək. Bu, müştəridən haqsız pul qopartmaqdır”.
S.Əliyev deyib ki, Birbank-ın debet və kredit kartlarından istifadə edir: “Bankın tövsiyəsinə görə, kredit kartındakı güzəştli müddətləri düzgün idarə etmək üçün vəsaiti əvvəlcə debet kartına, sonra isə kredit kartına köçürürəm. Ancaq keçən dəfə debet kartından kredit kartına köçürtmək əvəzinə səhvən kredit kartından özünə köçürtmə etmişəm. Nəticədə 50 manatdan 4% (2 manat) komissiya çıxıblar və gündəlik 5 qəpik (illik 35%) olmaqla faiz tətbiq etməyə başlayıblar. Yəni kredit kartından başqa karta yox, məhz özünə köçürtmüşəm. Belə çıxır ki, həmin vəsaiti nağdılaşdırmışam. Bu ona oxşayır ki, sahibkar (VÖEN) hesabımdan cari hesabə əvəzinə səhvən həmin sahibkar hesabıma pul köçürürəm və dövlət məndən təkrar vergi, bank isə nağdılaşdırma vergisi tutur”.
Ekspert Banka bununla bağlı etirazını bildirib və eyni kartlar arasında köçürmənin nə üçün qadağan etmədiklərini soruşub. Bankdan ona bildirilib ki, təklifi nəzərə alırlar və gələcəkdə bununla bağlı tədbir görüləcək.
“Bəs mənim itkilərim, onların taleyi necə olacaq?” sualı təbii ki cavabsız qaldı. Məsələ 2 manatlıq komissiyada və ona hesablanmış gündəlik 5 qəpikdən deyil. Məsələ müştəriyə göstərilən xidmətin keyfiyyətinin aşağı olmasında və yüzminlərlə analoji hallardan qazanılan haqqedilməyən pullardadır”-deyə S.Əliyev vurğulayıb.
Ekspert qeyd edib ki, Azərbaycanda maliyyə xidmətləri alan geniş əhali kütləsi faktiki olaraq müdafiədən kənarda qalıb. Onların hüquqları kütləvi şəkildə pozulur. Bu hüquqları müdafiə edən mexanizmlər isə yox səviyyəsindədir. Əhalinin maliyyə savadsızlığının aşağı olmasından istifadə edən kredit təşkilatları, xüsusən də banklar onları aldadılır, səhv və yarımçıq məlumat verməklə onları kredit bataqlığına salırlar: “Oturub havadan müqavilə tərtib edirlər və sonra işləri çətinə düşəndə həmin müqaviləni əllərində bayraq edirlər. Bank mağaza deyil ki, istədiyi standartı, yanaşmanı müştəriyə tətbiq etsin. Bu təşkilatlar lisenziya əsasında fəaliyyət göstərirlər. Onların ölkə və əhali qarşısında məsuliyyətləri var. Təəssüf ki, tənzimləyici qurum olan Mərkəzi Bank ən yaxşı halda seyirçi mövqedə durur, konkret tədbirlər görməyə tələsmir”.

AzPost.az

Post navigation

Previous: Azərbaycan 3 ayda xarici ölkələrə nə qədər qaz ixrac edib?
Next: Vitrinə qoyulmuş smartfonları nə üçün almaq lazım deyil?

Oxşar xəbərlər

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Kart
  • İqtisadiyyat

Kartdan pul çıxaranları hansı xərclər gözləyir? – 1 faizlik vergi kimlərə aiddir?

User 03 Noyabr 2026 - 15:43

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.