Özbəkistan Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “seçkilər”i tanımır

Özbəkistan Azərbaycanın Qarabağ bölgəsində keçirilən qondarma “prezident seçkiləri”ni tanımır.

Bu barədə Özbəkistan Xarici İşlər Nazirliyi bildirib.

“Daşkənd Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, həmçinin onun daxili işlərinə hər hansı müdaxiləni pisləyir”, – Nazirliyin bəyanatında deyilir.

Xatırladaq ki, bundan öncə bir sıra ölkələr və beynəlxalq təşkilatlar – Türkiyə, Ukrayna, Avropa İttifaqı, Moldova, Böyük Britaniya, Pakistan, Gürcüstan qondarma “prezident seçkiləri”ni tanımadıqlarını bəyan ediblər.

Əvvəlki məqalə

Azərbaycan və Türkiyənin Baş Qərargah rəisləri görüşüb

Sonrakı məqalə

Kreml Kim Çen Inın Rusiyaya səfərini təsdiqlədi