Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Özbəkistan 12 illik təhsil modelinə keçməyə hazırlaşır

User 10 Sentyabr 2025 - 14:04 (Last updated: 10 Sentyabr 2025 - 14:04)
ozbek sagird esas

Özbəkistan ümumi orta təhsil sistemini 12 illik modelə keçirməyə hazırlaşır. 

AzPost bildirir ki, yenilik çərçivəsində 6 yaşlı uşaqlar üçün nəzərdə tutulan hazırlıq mərhələsi də məktəb strukturuna daxil ediləcək. Məqsəd ölkə təhsilini beynəlxalq standartlara uyğunlaşdırmaq və məzunların xarici universitetlərə qəbulunu asanlaşdırmaqdır.

Özbəkistan məktəbəqədər və məktəb təhsili nazirinin müavini Sardor Rəcəbovun sözlərinə görə, artıq hazırlıq qrupları demək olar ki, bütün uşaqları əhatə edir və mərhələli şəkildə məktəb sisteminə inteqrasiya olunacaq. Onun fikrincə, bu dəyişiklik məzunların xarici universitetlərdə əlavə birillik “foundation” kurslarına ehtiyacını aradan qaldıracaq.

Rəsmi açıqlamaya əsasən, hazırkı 11 illik sistem beynəlxalq təcrübəyə uyğun gəlmir və məzunların ali təhsilə sistemli şəkildə hazırlanması üçün mexanizmlər zəifdir. Statistikaya görə, hər il 15 minə yaxın məzun xaricdə əlavə bir il təhsil almağa məcbur olur. Halbuki PISA 2022 nəticələrinə görə, ən yaxşı göstəricilərə malik 20 ölkənin 85 faizində ümumi təhsil 12 illikdir.

Yeni struktur belə olacaq:
– 1 il hazırlıq mərhələsi və 4 il ibtidai təhsil;
– 5 il əsas orta təhsil (5–9-cu siniflər);
– 2 il tam orta təhsil (məktəblərdə, akademik liseylərdə, hərbi məktəblərdə və ya texniki kolleclərdə).

Hazırlıq sinifləri 3666 məktəbdə və 1013 dövlət məktəbəqədər müəssisəsində təşkil olunacaq. Müəllimlərin hazırlıq mərhələsinə uyğun proqramlarla təlimi də nəzərdə tutulub.

İslahat nəticəsində Özbəkistan təhsil sistemi UNESCO-nun ISCED-2011 beynəlxalq standartlarına uyğunlaşdırılacaq. Bunun üçün “Təhsil haqqında” və “Məktəbəqədər təhsil və tərbiyə haqqında” qanunlara dəyişiklik ediləcək.

AzPost.az

Post navigation

Previous: “Ukrayna gecə Polşaya Rusiya PUA-larının uçuşu barədə məlumat verib” –
Next: Prezident Yazıçılar Birliyinin Yaradıcılıq Evinin açılışında

Oxşar xəbərlər

iran persona non
  • Sosial

Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi – SİYAHI

User 03 Noyabr 2026 - 19:10
kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
eli kerimli
  • Sosial

Əli Kərimlinin məhkəməsi başlayıb

User 03 Noyabr 2026 - 15:45

xƏBƏR

lukoyl
  • İqtisadiyyat

ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda

User 03 Noyabr 2026 - 22:40
ABŞ-li milyarder Todd Boelinin rəhbərlik etdiyi investorlar konsorsiumu ABŞ sanksiyaları altında olan Rusiyanın “Lukoyl” neft şirkətinin xarici...
Read more about ABŞ-li milyarder “Lukoyl” aktivlərini almağa hazırlaşır – 22 milyard dollarlıq portfel satışda
Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb Qətl
  • Kriminal

Gəncədə bacıoğlu 88 yaşlı xalasını döyərək öldürüb

User 03 Noyabr 2026 - 22:23
Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər? çay
  • Maraqlı

Çayxorların bilməli olduğu 5 mühüm məqam – Nələr sağlamlığa zərər verə bilər?

User 03 Noyabr 2026 - 20:05
İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro! hormuz
  • İqtisadiyyat

İran müharibəsinin Avropaya maliyyə zərəri açıqlandı -127 milyard avro!

User 03 Noyabr 2026 - 19:50
Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq? pasinyan01
  • Dünya

Paşinyan TRIPP layihəsi ilə bağlı danışdı – Cənubi Qafqazın yeni rolu nə olacaq?

User 03 Noyabr 2026 - 19:39
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.