Özbəkistana 320 minə yaxın Rusiya vətəndaşı gəlib

Özbəkistanın Daxili İşlər Nazirliyi bu il ölkəyə gələn rusiyalıların sayını açıqlayıb.

Azpost.info xəbər verir ki, nazirliyin məlumatına görə, ilin əvvəlindən sentyabrın sonunadək 318 156 Rusiya vətəndaşı Özbəkistana daxil olub. Onların əksəriyyəti ölkəyə iyul-sentyabr aylarında gəlib.

Ehtimal olunr ki, Özbəkistana daxil olan rusların real sayı oktyabrda Rusiyada səfərbərlik elan edildikdən sonra gələnlər hesabına daha çox ola bilər.

Özbəkistan Dövlət Statistika Komitəsinin məlumatına görə, yanvar-sentyabr aylarında Rusiyadan gələn turistlərin sayı 2021-ci ilin yekunları ilə müqayisədə 2,1 dəfə çox olub.

Özbəkistanın özünün əhalisi 35,5 milyon nəfərdir.

Azpost.info

Əvvəlki məqalə

Dünya Bankı Ukrayna iqtisadiyyatını bərpa etmək üçün özəl kapital cəlb edəcək

Sonrakı məqalə

Paşinyan Aİ-nin xüsusi nümayəndəsi ilə Qarabağı müzakirə edib