Paşinyan Aİ-nin xüsusi nümayəndəsi ilə Qarabağı müzakirə edib

Ermənistan Baş naziri Nikol Paşinyan Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib.

Azpost.info xəbər verir ki, görüş zamanı regional təhlükəsizlik, sülh və sabitlik məsələləri, bu istiqamətdə atılan addımlar, həmçinin Qarabağ münaqişəsinin həlli ilə bağlı fikir mübadiləsi aparılıb.

Regional nəqliyyat infrastrukturlarının blokdan çıxarılması, həmçinin sərhəd təhlükəsizliyi və delimitasiyası üzrə komissiyaların işi ilə bağlı məsələlər də müzakirə olunub.

Azpost.info

Əvvəlki məqalə

Özbəkistana 320 minə yaxın Rusiya vətəndaşı gəlib

Sonrakı məqalə

Daha 53 nəfər COVID-19-a yoluxub, 1 nəfər vəfat edib