Özbəkistanda prezident seçkiləri başa çatıb

Özbəkistanda keçirilən prezident seçkilərində səsvermə başa çatıb.

Seçki məntəqələri yeri vaxtla saat 20:00-da (Bakı vaxtı ilə saat 19:00) bağlanıb.

Özbəkistan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, saat 17:00-dək seçicilərin 71,8 faizi, yəni 14 milyon 258 min nəfər səsvermədə iştirak edib. Seçkilərin ilkin yekun nəticələri oktyabrın 25-də açıqlanacaq.

Prezident seçkilərində beş namizəd -Özbəkistan Liberal-Demokrat Partiyasından hazırkı Prezident Şavkat Mirziyoyev, Milli Dirçəliş Demokratik Partiyasından Əlişir Kadırov, Ekologiya Partiyasından Narzulla Oblomuradov, “Ədalət” Sosial-Demokrat Partiyasından Baxrom Abduxalimov və Xalq-Demokratik Partiyasından Maqsuda Vorisova mübarizə aparır. Ekspertlərin fikrincə, qələbəyə ən real namizəd Şavkat Mirziyoyevdir.

Seçkiləri beynəlxalq təşkilatlar, o cümlədən ATƏT, UNESCO, Şanxay Əməkdaşlıq Təşkilatı, habelə 41 ölkədən olan 268 nümayəndə izləyib. Müşahidəçilər sırasında Milli Məclisi sədrinin müavini Fəzail İbrahimlinin başçılığı ilə Azərbaycan parlamentin nümayəndə heyəti də var.

Xatırladaq ki, Özbəkistanda prezident seçkiləri beş ildən bir keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda son sutkada COVID-19-a 2036 nəfər yoluxub –

Sonrakı məqalə

“Mançester Yunayted” öz meydanında “Liverpul”a 0:5 hesabı ilə uduzub